Bişmiş Tərəvəzli, Narlı Ləziz Salat

Bismis Terevezli Narlı Leziz Salat
Yields: 1 Serving

Bişmiş tərəvəz və nardan ibarət ləzzətli salat nahar və ya şam yeməyinə və ya doyurucu qəlyanaltıya əla əlavə ola bilər. Evdar.az narlı tərəvəz salatının reseptini təqdim edir.

Bişmiş Tərəvəzli, Narlı Ləziz Salatın tərkibi:

  • 1 ədəd böyük çuğundur
  • 1 ədəd yerkökü
  • 1 ədəd qırmızı soğan
  • 100 qr bişmiş noxud
  • yarım dəstə cəfəri
  • 30 qr qoz ləpəsi
  • 50 qr nar dənəsi
  • 0,5 çay qaşığı duz
  • bir çimdik istiot
  • 50 ml zeytun yağı

Sousu üçün:

  • 1 xörək qaşığı zeytun yağı
  • 1 xörək qaşığı nar sousu
  • 1 xörək qaşığı bal
  • yarım limonun suyu

Bişmiş Tərəvəzli, Narlı Ləziz Salatın hazırlanma qaydası:

İlk öncə çuğundur,yerkökü və qırmızı soğanı böyük kub formasınd doğrayın. Yağlı kağız sərilmiş soba sinisinə düzüb üzərinə duz, istiot səpib zeytun yağı çiləyin. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin. Qoz ləpəsini və cəfərini xırda doğrayın. Sousu hazırlamaq üçün bir qabda zeytun yağı,nar sousu, bal və limon suyunu qarışdırın. Salatı hazırlayacağınız qaba bişmiş tərəvəzləri,bişmiş noxudu,doğranmış qoz,cəfəri və nar dənələrini töküb qarışdırın. Salata sousu da əlavə edib qarışdırın.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir