Sağlam Qidalananlar Üçün 4 Məhsulla 5 Dəqiqəyə Kokoslu Toplar

Saglam Qidalananlar Ucun 4 Mehsulla 5 Deqiqeye Kokoslu Toplar1
Yields: 1 Serving

Sağlam qidalananlar, lakin desertdən imtina edə bilməyənlər çox ləziz kokoslu toplar hazırlaya bilər. Üstəlik 3 ədəd kokoslu top yalnız 74 kalori ehtiva edir.

Onu da qeyd edək ki, pəhrizinizdə kokos qırıntısından istifadə edə bilərsiniz, çünki tərkibində sağlam yağlar, vitamin və minerallar var. Bəzi tədqiqatlar da kokosun antibakterial təsirə malik olduğunu göstərib. O, həmçinin qan şəkərini tənzimləməyə kömək edən liflə zəngindir. Evdar.az çizkeyk dadında kokoslu topların reseptini təqdim edir.

Sağlam Qidalananlar Üçün 4 Məhsulla 5 Dəqiqəyə Kokoslu Topların tərkibi:

  • yarım stəkan( 50 gr) kokos qırıntısı
  • 2 xörək qaşığı labne pendiri
  • 2 xörək qaşığı bal
  • 1 xörək qaşığı limon suyu
  • sürtgəcdən keçirilmiş limon qabığı

Sağlam Qidalananlar Üçün 4 Məhsulla 5 Dəqiqəyə Kokoslu Topların hazırlanma qaydası:

İlk öncə bir qaba kokos qırıntısı töküb üzərinə limon suyunu sıxın. Limonun qabığını sürtgəcdən keçirib üzərinə əlavə edin. Labne pendiri və bal əlavə edob qarışdırın. Kiçik toplar halına salıb kokosa bulayın. Bu reseptlə 15 ədəd mini toplar əldə edə bilərsiniz. Qəhvə və ya bitki çayı ilə əla qəlyanaltı alternativi ola bilər. Soyuducuda saxlaya bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir