Afrikada yaranan və tədricən bütün dünyaya yayılan “Meymun Çiçəyi” xəstəliyi bir çox ölkədə sürətlə yayılmağa davam edir. 2024-cü ilin avqust ayına olan məlumata görə, sözügedən virusa 17 mindən çox yoluxma və 591 ölüm halı qeydə alınııb.
Bütün dünyanı təşvişə salan ‘Meymun Çiçəyi’ xəstəliyinin nə qədər təhlükəli olduğu və kimlərin risk altında olduğu ilə bağlı qiymətləndirmələr aparan Ankara Şəhər Xəstəxanası Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya Mütəxəssisi Prof. Dr. Rahmet Güner açıqlama yayıb. Onun sözlərinə görə:
İlk Yoluxma 54 İl Əvvəl Qeydə Alınıb
“Virus ilk dəfə sınaq məqsədilə laboratoriyaya göndərilən meymunlarda aşkar edildiyi üçün meymun çiçəyi adlandırılıb. Bu virus təkcə meymunlarda deyil, həm də gəmiricilərdə aşkarlanıb. İlk insana yoluxma isə 1970-ci illərə təsadüf edir.” Professorun sözlərinə görə, güclü immun sistemi olan insanlarda ölüm nisbəti mində 1-dir.
Meymun Çiçəyi Virusundan Necə Qorunmalıyıq?
“Özümüzü xəstəlikdən qorumağı öyrənməliyik. Burada yoluxmada yaxın təmas və uzun müddətli sıx əlaqə ön plana çıxır. Ona görə də görünür ki, şəxsi gigiyenamıza və təmasda olduğumuz insanlara diqqət yetirmək xəstəlikdən qorunmaq üçün kifayətdir.”
1980-ci ildən Sonra Doğulanların Nəzərinə!
1980-ci ildən əvvəl doğulanlar peyvənd olunduqları üçün çiçək xəstəliyindən qorunurlar. Ona görə də burada da çarpaz qorunma var. Demək olar ki, çiçək xəstəliyinə qarşı peyvənd olunanlar böyük ehtimal meymun çiçəyindən qorunur”.
Mütəxəssislərin dediyinə görə, meymun çiçəyinin müalicəsi yoxdur, lakin yoluxmanın qarşısını almaq mümkündür. Bu virusa yoluxmanın qarşısını almaq üçün:
- Bu virusu daşıyan heyvanlarla təmasdan çəkinin.
- Əllərinizin gigiyenasına diqqət yetirin.
- Xəstələrlə təmasda olduqda qoruyucu vasitələrdən istifadə edin.
Sağlamlığınızın Qeydinə Qalın!