Hokkaydo (Hokkaido)-inanılmaz dərəcədə ləzzətli südlü yapon çörəyidir. Bu çörək heyrətamiz dərəcədə xəfif və bulud kimi havalı olur. Hokkaydo çörəyinin hazırlanmasında Tan Djonq texnikası istifadə olunur. Bunun mənası unun və mayenin bir hissəsini təxminən 65 ° C istiliyə qədər qızdırmaqdır, nəticədə unda nişastanın kleysterizasiyası baş verir. Çörək hazırlamaq üçün sadə məhsullardan istifadə olunur, ancaq nəticə mükəmməldir. Evdar.az pambıq kimi yumşaq yapon süd çörəyinin reseptini təqdim edir.
Hokkaydo Çörəyinin tərkibi:
Tan Djonq üçün
- 100 ml süd
- 20 qr un
Xəmiri üçün:
- 350 qr un
- 160 ml süd
- 1 ədəd yumurta
- 2 xörək qaşığı şəkər tozu
- 7 qr maya
- 1 çay qaşığı duz
- 1 xörək qaşığı kərə yağı
- zövqə görə sarıkök
Üzəri üçün:
- 1 ədəd yumurta
- 2 xörək qaşığı süd
Hokkaydo Çörəyinin hazırlanma qaydası:
Tan Djonqu hazırlamaq üçün süd və unu qarışdırıb tel çırpıcıyla topaq qalamayana qədər çırpın. Zəif ocaqda dayanmadan qarışdıraraq qatılaşanadək bişirin. Pudinq konsistensiyasına gəldikdə ocaqdan götürüb soyuması üçün kənara qoyun.
Bir qabda isti südün üzərinə şəkər tozu və xamanı töküb yaxşıca qarıdırın. Mayalanması üçün 15 dəqiqə kənarda saxlayın.
Ələnmiş unun üzərinə duz, yumurta, kərə yağı, mayalanmış qarışığı və soyuyan unlu-südlü tan djonqu əlavə edib elastik, ələ yapışmayan xəmir yoğurun. Xəmir yoğuran aparatla edirsinizsə 5 dəqiqə, əllə 10 dəqiqə yoğurun.
Qəlibi bitki yağıyla yağlayın. Xəmiri də yağlayıb qəlibə yerləşdirin və üzərinə streç salafan keçirib isti yerdə 1.5 saat saxlayın. Mayalanan xəmiri 8 ədəd kiçik və ya 3 ədəd böyük kündələrə ayırıb yuvarlayın. Kündələri yan-yana qəlibə düzün və streç salafanla örtüb daha 1 saat isti yerdə saxlayın. Çörəyin üzərinə çırpılmış yumurta və süd qarışığını yaxıb 190 dərəcə qızdırılmış sobada 20-30 dəqiqə bişirin. Zövqə görə xəmirə sarıkök əlavə edə bilərsiniz, çörəyin rəngi daha parlaq olsun.
Nuş Olsun!
Cox sagolun.