Sevgililər Üçün Ürək Tortu

Sevgililər Üçün Ürək Tortu
Difficulty: Easy Prep Time: 40 Mins Cook Time: 10 Mins Total Time: 50 Mins

Qarşıdan gələn 14 fevral Sevgililər günü üçün sevdiyiniz insana öz əllərinizlə sevginizi qataraq çox dadlı tort hazırlaya bilərsiniz. Evdar.az limon ətirli, zərif ürək formalı tortun reseptini təqdim edir.

Sevgililər Üçün Ürək Tortunun tərkibi:

Limonlu biskvit üçün:

  • 150 qr otaq temperaturunda yumşaldılmış kərə yağı
  • 125 qr şəkər tozu
  • 150 qr un
  • 3 ədəd yumurta
  • 1 çay qaşığı qabartma tozu
  • çimdik duz
  • 1 xörək qaşığı limon qabığı rəndəsi

Qanaş üçün:

  • 100 qr ağ şokolad
  • 100 ml 33%-lik qaymaq
  • 50 ml limon siropu

Limon siropu üçün:

  • 100 ml limon suyu
  • 100 qr şəkər tozu
  • 50 ml limon likörü

Gül şəkilli krem üçün:

  • 5 ədəd yumurta ağı
  • 150 qr şəkər tozu
  • 400 qr otaq temperaturunda yumşaldılmış kərə yağı
  • 1 çay qaşığı likör və ya konyak
  • qırmızı rəng qida boyası

Sevgililər Üçün Ürək Tortunun hazırlanma qaydası:

Biskviti hazırlamaq üçün mikserin qabında otaq temperaturunda yumşaldılmış kərə yağını şəkər tozuyla çırpın.Yumurtaları bir-bir əlavə edib çırpmağa davam edin.Üzərinə duz və limon qabığı, ələnmiş un və qabartma tozunu da əlavə edib yaxşıca qarışdırın. Diametri 18 sm olan soba sinisini yağlayıb yağlı kağız sərin.Hazır bsikvit xəmirini yağlı kağız sərilmiş soba sinisinə yayıb əvvəlcədən 170 dərəcə qızdırılmış sobada bişirin. Bişən biskviti sobadan götürüb soyudun və iki hissəyə ayırın.

Qanaşı hazırlamaq üçün mikrodalğalı sobada və ya ocaqda isidilmiş qaymağın üzərinə şokolad dilimlərini töküb yaxşıca qarışdırın.Üzərinə limon siropu əlavə edib qarışdırın və soyudun. İstifadə etdikdə yenidən qarışdırın.

Limon siropunu hazırlamaq üçün limon suyu və şəkər tozunu qarışdırıb qaynadın. Azacıq soyudun və likör əlavə edin.

Soyuyan biskviti siropla isladın və qanaş yaxın.Üzərinə ikinci qat biskviti də yerləşdirib siropla isladıb qanaş yaxın.Tortun üzərinə və kənarlarına bir az qanaş yaxın.

Gül şəkilli kremi hazırlamaq üçün yumurta ağını və şəkər tozunu su hamamında dayanmadan qarışdırın. Şəkər tozu ərimədən isidin və kütləni mikserin qabına tökün. İlk əvvəl mikserin orta dərəcəsində daha sonra artıraraq çırpın.Üzərinə 1-2 qaşıq yağı əlavə edib yaxşıca çırpın. Konyak və qırmızı rəng qida boyasını əlavə edib 1 dəqiqə çırpın. Hazır kremi konditer torbasına töküb gül şəkli verən başlığı taxın. Tortun üzərini kremlə gül şəkli verərək bəzəyin və yarım saatlıq soyuducuya yerləşdirin.

Hazır tortu süfrəyə verərək sevdiyiniz insanla bölüşə bilərsiniz.

sevgililer-ucun-urek-tortu
 

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir