Yeməyə də, Baxmağa da Doymayacağınız Qırmızı Məxmər Kapkeyki

Yields: 1 Serving

Qırmızı məxmər (Red Velvet) kapkeyki parlaq görünüşü və dadı ilə hər kəsi təəccübləndirir. Evdar.az yeməyə də, baxmağa doymayacağınız qırmızı məxmər kapkeykin reseptini təqdim edir.

Keks üçün:

  • 2 ədəd yumurta
  • 150 qr şəkər tozu
  • 200 qr un
  • 3 xörək qaşığı qatıq
  • 150 ml bitki yağı
  • 1 çay qaşığı qabartma tozu
  • 1 xörək qaşığı kakao
  • 1 çay qaşığı qırmızı maye qida boyası

Krem üçün:

  • 200 qr 9%-lik kəsmik
  • 200 qr kərə yağı
  • 50-60 qr ( 3 xörək qaşığı ) şəkər kirşanı
  • 70 qr ağ şokolad

Hazırlanma qaydası:

Keksini hazırlamaq üçün bir qabda yumurta və şəkər tozunu mikserlə yaxşıca çırpın. Üzərinə qatıq, kərə yağı, un, qabartma tozu, kakao, qırmızı gel boya əlavə edib qarışdırın. Keks xəmirini kapkeyk üçün xüsusi qəliblərə bölüşdürüb əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin.
Kremi hazırlamaq üçün otaq temperaturunda yumşaldılmış kərə yağını mikserlə ağarana kimi yaxşıca çırpın. Üzərinə şəkər kirşanı əlavə edib çırpmağa davam edin. Kəsmiyi 4 yerə bölüb hissə-hissə kremə əlavə edib çırpın. Ağ şokoladı mikrodalğalı sobada və ya su hamamında əridib bir az soyuduqda kremə əlavə edin. Əridilmiş şokoladla birlikdə yaxşıca qarışdırın. Bişmiş soyuyan kapkeyklərin üzərini kremlə bəzəyib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir