Sağlamlıq Haqqında

Delta Ştammına Daha Çox Bu Adamlar Yoluxur – Məşhur COVİD Həkimi Danışdı

Rusiyanın COVİD üzrə ən tanınmış mütəxəssisi sayılan və həkimlik fəaliyyəti boyunca 6 min koronavirus xəstəsini sağaltmağa nail olmuş həkim-reanimotoloq Sergey Tsarenko virusun yeni mutasiyası – Delta ştammı haqda danışıb.

Evdar.az-ın məlumatına görə, Sergey Tsarenko koronavirusun ənənəvi formalarının nisbətən yaşlı və immun sistemi zəif olan insanlara daha ölümcül təsir etdiyini bildirib. Lakin o qeyd edib ki, Delta ştammında vəziyyət bir qədər fərqlidir: “Delta ştammı nisbətən arıq insanlarda da ölümcül təsirli ola bilər. Koronavirusun ənənəvi formaları nisbətən yaşlı və yan xəstəlikləri olan insanlarda daha ağır şəkildə müşahidə edilirdi. İndi isə əksi baş verir. Hazırda mənim işlədiyim xəstəxananın reanimasiya şöbəsində 37 yaşlı gənc və gözəl bir xanım yatıb. O, COVİD xəstəsidir və vəziyyəti kritikdir. Hazırda onun EKMO cihazına qoşulması məsələsi müzakirə edilir”.

Sergey Tsarenko uşaqlarda Delta ştammının əlamətlərini də sadalayıb. O, bildirib ki, diareya əsas əlamətdir. Ancaq depressiya və panik atak da uşaqlarda Delta ştammına yoluxmanın əlaməti ola bilər: “Ən dəhşətli əlamət isə hava çatışmazlığı və boğulmadır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir