Bakıda Bu Tarixde Qar Yagacaq-Qarlı Hava MENYUSU
Faydalı Faydalı Məsləhətlər Maraqlı Xəbərlər

Bakıda Bu Tarixdə Qar Yağacaq-Qarlı Hava MENYUSU

Milli Hidrometeorologiya Xidmətindən Evdar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 14-ü axşamdan 15-i səhərədək sulu qar, qar yağacağı gözlənilir. Bu soyuq havada “Nahara nə bişirim?” deyə düşünməyin, Evdar.az-ın təqdim etdiyi ləziz menyuya nəzər salın.

Qarlı Hava Menyusu

Tərkibində bol vitamin olan və immun sistemini gücləndirən tərəvəzlər sayəsində soyuq havanın isti şorbaları ilə isinə bilərsiniz.

Soyuq günlərinizi qatıqlı düşbərə şorbası ilə isti kecirin. Resepti üçün klikləyin..

xaş-yeməyi1

Soyuq havaların əvəzolunmaz yeməyi Xaş və ya Kəllə paça. Xaş yeməyi immuniteti zəif, xəstə olan insanların dərmanıdır. Resepti üçün klikləyin..

Havaların soyuduğu bu günlərdə nahar və ya şam yeməyində süfrəyə verə biləcəyiniz dadlı və faydalı balıq şorbası hazırlaya bilərsiniz. Resepti üçün klikləyin..

Milli mətbəximizin əvəzolunmaz yeməklərindən biri də Əriştə şorbasıdır. Havalar soyuduqda isti əriştə şorbası içmək daha məsləhətlidir. Resepti üçün klikləyin..

Soyuq havada sizi isidəcək və xoş qoxusuyla da hər kəsi süfrəyə yığacaq şabalıd şorbası hazırlaya bilərsiniz. Resepti üçün klikləyin..

Soyuq havalarda isinmək üçün balqabaq və çili bibəriylə hazırlanan şorba əla reseptdir. Resepti üçün klikləyin..

Tərkibindəki vitaminləri saymaqla bitməyən əvəlikdən dadlı şorba hazırlayın. C vitamini ilə zəngin olduğu üçün qrip kimi infeksiyalarla mübarizədə çox təsirlidir. Resepti üçün klikləyin…

İmmunitet sistemini gücləndirmək və mövsümi soyuqdəyməni müalicə etmək üçün antibiotiklərdən 100 qat daha yaxşı olan sarımsaqlı şorba hazırlayın. Resepti üçün klikləyin..

Sağlamlığınızın Qeydinə Qalın!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir