Milli Hidrometeorologiya Xidmətindən Evdar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 14-ü axşamdan 15-i səhərədək sulu qar, qar yağacağı gözlənilir. Bu soyuq havada “Nahara nə bişirim?” deyə düşünməyin, Evdar.az-ın təqdim etdiyi ləziz menyuya nəzər salın.
Qarlı Hava Menyusu
Tərkibində bol vitamin olan və immun sistemini gücləndirən tərəvəzlər sayəsində soyuq havanın isti şorbaları ilə isinə bilərsiniz.
- Soyuq Havanın İsti Qatıqlı Düşbərə Şorbası
- Soyuq Havanın İsti Yeməyi-Xaş
- Soyuq Günlərin İsti və Faydalı Balıq Şorbası
- Soyuqdəymənin Dərmanı Əriştə Şorbası
- Vitamin Deposu Şabalıd Şorbası
- Acı Sevənlər Üçün Balqabaq Şorbası
- Antibiotik Əvəzinə Əvəlikli Əriştə Şorbası
- Antibiotiklərdən 100 Qat Daha Faydalı Bir Yemək-Sarımsaq Şorbası
![](https://evdar.az/wp-content/uploads/Soyuq-Havanin-Isti-Qatiqli-Dusbərə-Sorbasi-1024x576.jpg)
Soyuq günlərinizi qatıqlı düşbərə şorbası ilə isti kecirin. Resepti üçün klikləyin..
![xaş-yeməyi1](https://evdar.az/wp-content/uploads/xaş-yeməyi1-1024x576.jpg)
Soyuq havaların əvəzolunmaz yeməyi Xaş və ya Kəllə paça. Xaş yeməyi immuniteti zəif, xəstə olan insanların dərmanıdır. Resepti üçün klikləyin..
![](https://evdar.az/wp-content/uploads/Soyuq-Gunlərin-Isti-və-Faydali-Baliq-Sorbasi-1024x576.jpg)
Havaların soyuduğu bu günlərdə nahar və ya şam yeməyində süfrəyə verə biləcəyiniz dadlı və faydalı balıq şorbası hazırlaya bilərsiniz. Resepti üçün klikləyin..
![](https://evdar.az/wp-content/uploads/Soyuqdəymənin-Dərmanı-Əriştə-Şorbası-1024x576.jpg)
Milli mətbəximizin əvəzolunmaz yeməklərindən biri də Əriştə şorbasıdır. Havalar soyuduqda isti əriştə şorbası içmək daha məsləhətlidir. Resepti üçün klikləyin..
![](https://evdar.az/wp-content/uploads/Vitamin-Deposu-Şabalıd-Şorbası1-1024x576.jpg)
Soyuq havada sizi isidəcək və xoş qoxusuyla da hər kəsi süfrəyə yığacaq şabalıd şorbası hazırlaya bilərsiniz. Resepti üçün klikləyin..
![](https://evdar.az/wp-content/uploads/acı-sevənlər-üçün-balqabaq-şorbası.jpg1_-1024x576.jpg)
Soyuq havalarda isinmək üçün balqabaq və çili bibəriylə hazırlanan şorba əla reseptdir. Resepti üçün klikləyin..
![](https://evdar.az/wp-content/uploads/Antibiotik-Əvəzinə-Əvəlilki-Əristə-Sorbasi-1024x576.jpg)
Tərkibindəki vitaminləri saymaqla bitməyən əvəlikdən dadlı şorba hazırlayın. C vitamini ilə zəngin olduğu üçün qrip kimi infeksiyalarla mübarizədə çox təsirlidir. Resepti üçün klikləyin…
![](https://evdar.az/wp-content/uploads/Antibiotiklərdən-100-Qat-Daha-Faydali-Bir-Yemək-Sarimsaq-Sorbasi-1024x576.jpg)
İmmunitet sistemini gücləndirmək və mövsümi soyuqdəyməni müalicə etmək üçün antibiotiklərdən 100 qat daha yaxşı olan sarımsaqlı şorba hazırlayın. Resepti üçün klikləyin..
Sağlamlığınızın Qeydinə Qalın!