Qızılca Xesteliyinde vacib Olan A Vitamini Hansı Qidalarda Var SİYAHI7
Faydalı Sağlamlıq Haqqında

Qızılca Xəstəliyində Vacib Olan A Vitamini Hansı Qidalarda Var?-SİYAHI

Hər il 1,5-2 milyon uşağın ölümünə səbəb olan qızılca inkişaf etməkdə olan ölkələrdə əsas ölüm səbəbidir. Bu, peyvəndlə qarşısı alına biləcək bir xəstəlikdir. Bununla belə onun yüksək yoluxuculuğu, natamam vaksinasiya və peyvəndin tam immunitet yaratmadığı hallarda diqqət müalicələrə yönəldilir. Araşdırmalar göstərir ki, belə bir müalicədə A vitamini istifadə olunur. Amerika, İngiltərə və Cənubi Afrikada aparılan araşdırmalarda qızılca virusunun A vitamini səviyyəsini aşağı salaraq xəstəliyin daha ağır gedişinə səbəb olduğu bildirilmişdir. Son illərdə bütün dünyada olduğu kimi, ölkəmizdə də qızılca xəstəliyinə yoluxan uşaqların sayı artmaqdadır.

Daha çox uşaqlar arasında müşahidə olunan qızılca koronavirusdan 5-6 dəfə daha yoluxucudur. Azərbaycanda da son zamanlar uşaqlar arasında qızılcadan ölüm halları qeydə alınır. Bəs bu xəstəliyin müalicəsində istifadə olunması vacib olan A vitamini hansı qidalarda var? Evdar.az qızılca xəstəliyində vacib A vitaminin hansı qidalarda olduğu haqqında araşdırmanı təqdim edir.

Qızılca Xəstəliyi Nədir?

Qızılca, bütün bədəndə dəri səpgilərinə və qripə bənzər simptomlara səbəb olan yoluxucu xəstəlikdir. Yüksək hərarət və yorğunluqla özünü göstərən qızılca, yoluxmuş insanlar öskürdükdə, asqırdıqda və ya danışarkən havaya buraxılan damcıların hava-damcı yoluyla və ya bu insanların istifadə etdiyi əşyalarla təmasda olması ilə ötürülür.

Ümumiyyətlə qışın sonu və yazın əvvəlində artan qızılca uşaqlarda tez-tez rast gəlinir, lakin peyvənd olunmamış və ya əvvəllər qızılca keçirməmiş böyüklərdə də müşahidə oluna bilər.

Qızılca Xəstəliyinin Əlamətləri

Qızılca xəstəliyinin simptomları virusa məruz qaldıqdan təxminən 8-12 gün sonra ortaya çıxır. Adətən qulaq arxasından başlayan və bir neçə saat ərzində baş, boyun və sonra bütün bədənə yayılan qızılca xəstəliyinin simptomları aşağıdakılardır:

  • Burun axması, asqırma və öskürək kimi soyuqdəymə əlamətləri
  • Yüksək hərarət
  • Zəiflik
  • sulu gözlər
  • quru öskürək
  • Boğaz ağrısı
  • Yorğunluq
  • İşığa həssas, şişmiş, ağrılı və iltihablı gözlər (konyuktivit)
  • Ağız içərisində kiçik boz-ağ ləkələr (Koplik ləkələri)
  • Bədəndə səpgi

Bu ilk simptomlardan təxminən 2-4 gün sonra qızılca səpgiləri başlayır. Qızılca səpgiləri: bədəndə kiçik qırmızı-qəhvəyi, yastı və ya bir qədər qabarıq ləkələr şəklindədir. Qızılca səpgisi üz və baş nahiyəsindən başlayır və yuxarıdan aşağıya doğru yayılır. Qızılca səpgisi ilə yanaşı xəstədə çox yüksək hərarət olur. Səpgilərin yarandığı dövrdə hərarət 40-41 dərəcəyə qədər yüksələ bilər. Səpgilər təxminən 4 gün davam edir və yuxarıdan aşağıya doğru soyularaq solmağa başlayır. Səpgilər solduqca xəstənin qızdırması da aşağı düşür.

Xüsusilə uşaqların bütün yaş qruplarında rast gələn qızılca xəstəliyi daha çox yoluxuculuğa malikdir. Bunlardan ən vacibi A vitamininin çatışmazlığıdır. Rasionunda kifayət qədər A vitamini olan qidaların istehlak edilməməsi xəstəliklərin artmasına səbəb ola bilər.

Tərkibində A Vitamini Olan Meyvələr

Qovun

Ən məşhur yay meyvələrindən biri olan qovun güclü antioksidant olan C vitamini ilə də zəngindir. 1 dilim qovunda təxminən 135 mkq A vitamini var.

Manqo

Manqo unikal ətri olan tropik meyvədir. Yüksək lif tərkibi və güclü antioksidant komponentləri ilə seçilir. 1 orta ölçülü manqo təxminən 112 mkq A vitamini ehtiva edir.

Ərik

Tərkibindəki yüksək lif sayəsində qəbizliyin qarşısının alınmasında mühüm rol oynayan ərik yüksək kalorili məzmuna malikdir. 3-4 ədəd ərikdə təxminən 63 mkq A vitamini var.

Qreypfrut

Tərkibində A vitamini olan qidalar arasında sitrus növlərindən olan qreypfrut da var. Yarım qreypfrutda 270 mkq A vitamini var.

Qarpız

Ən məşhur yay meyvələrindən biri olan qarpızın demək olar ki, 90%-i sudan ibarətdir. 1 kasa və ya 1 orta dilim qarpızda 43 mkq A vitamini var.

A vitamini ilə zəngin olan digər meyvələrə aşağıdakılar daxildir:

  • Papaya (1 kasa 78 mkq A vitamini ehtiva edir)
  • Naringi (1 ədəd orta ölçülü 37 mkq A vitamini var)
  • Nektarin (1 ədəd orta ölçülü 29 mkq A vitamini var)

Tərkibində A Vitamini Olan Tərəvəzlər

Şirin kartof

1 orta ölçülü şirin kartof, təxminən 200 qram, 200 mkq A vitamini ehtiva edir. O, həmçinin kalium, B6 və C vitamini ilə zəngindir.

Kələm

Qışda ən çox istehlak edilən tərəvəzlərdən biri olan kələm liflə də zəngindir. 1 kasa bişmiş kələmdə 172 mkq A vitamini var.

Bənövşəyi kələm

Tərkibində A vitamini olan qidalar arasında yer alan bənövşəyi (qırmızı) kələm güclü antioksidant komponentlərə malikdir. 1 kasa bişmiş kələmdə 722 mkq A vitamini var.

Yerkökü

Beta karotinlə zəngin tərəvəz olan yerkökü yüksək miqdarda lif ehtiva edir. 1 orta ölçülü 459 mkq A vitamini var.

İspanaq

Ən məşhur qış tərəvəzlərindən biri olan ispanaq dəmir və maqnezium mineralları ilə zəngindir. Yarım kasa bişmiş ispanaqda təxminən 573 mkq A vitamini var.

Brokoli

K vitamini, C vitamini, lif və antioksidantlarla zəngin olan brokoli A vitamini ilə zəngin qidalar arasındadır. Yarım kasa brokolinin tərkibində təxminən 60 mkq A vitamini var.

Şirin Qırmızı Bibər

Şirin qırmızı bibər A və C vitaminləri ilə zəngindir.

Pazı

Pazı vitaminlərlə zəngindir; Tərkibində çoxlu A, C, K və E vitaminləri var. Fol turşusu ilə də zəngin olan pazı bədən sağlamlığını qorumaq üçün faydalıdır.

Tərkibində A Vitamini Olan İçkilər

Glasses of tasty fresh juice, on wooden desk. Unusual top view

Tərkibində A vitamini olan qidalarla yanaşı, içkilər də var. Tərkibində A vitamini olan meyvələrdən hazırlanan aşağıdakı meyvə şirələri A vitamini olan içkilər sırasındadır:

  • manqo suyu
  • qreypfrut suyu
  • qarpız suyu
  • kök suyu
  • naringi suyu
  • nektarin suyu
  • qovun suyu
  • ərik şirəsi

A vitamini ilə zəngin bitki çaylarına aşağıdakılar daxildir:

  • Nanə çayı (1 çay qaşığı quru nanə 2,6 mkq A vitamini ehtiva edir)
  • Adaçayı (sürvə) (1 çay qaşığı adaçayı 2,1 mkq A vitamini ehtiva edir)
  • Rozmarin (bibəriyyə) çayı (1 çay qaşığı qurudulmuş rozmarinin tərkibində 1,9 mkq A vitamini var)
  • Şüyüd çayı (1 çay qaşığı qurudulmuş şüyüddə 0,1 mkq A vitamini var)
  • Darçınlı Çay (1 çay qaşığı darçının tərkibində 0,4 mkq A vitamini var)
  • Zirə Çayı (1 çay qaşığı zirə 0,4 mkq A vitamini ehtiva edir)

A vitamini qidalarda iki formada olur. Birincisi, orqanizm tərəfindən birbaşa istifadə oluna bilən retinol, ikincisi isə orqanizmdə A vitamininə çevrilən beta karotindir. A vitamininin retinol forması yalnız heyvan mənşəli qidalardan, zənginləşdirilmiş qidalardan və əlavələrdən əldə edilir.

Heyvan mənşəli A vitamini olan qidalar bunlardır:

Qaraciyər

A vitamini insanlarda olduğu kimi heyvanlarda da qaraciyərdə saxlandığı üçün A vitamininin ən zəngin mənbəyi heyvan qaraciyəridir. Təxminən 85 qram inəyin qaraciyərinin 1 porsiyonunda təxminən 6582 mkq A vitamini var. Bu miqdar bir insanın gündəlik A vitamini ehtiyacından təxminən 7 dəfə çoxdur. Qaraciyər həm də mis, vitamin B2, folat, xolin və zülalla zəngin qidadır.

Balıq qaraciyəri

Tərkibində A vitamini olan ən diqqət çəkən qidalardan biri də balıq qaraciyəridir. 1 xörək qaşığı balıq qaraciyərində təxminən 4080 mkq A vitamini var. Omeqa 3 yağ turşuları ilə də zəngin olan balıq qaraciyəri yüksək miqdarda D vitamini ehtiva edir.

Süd

Sümük və diş sağlamlığının inkişafında mühüm rol oynayan südün tərkibində yüksək miqdarda protein var. O, həmçinin kalsium, fosfor, B12 və kaliumun yaxşı mənbəyidir. 1 stəkan təxminən 200 mililitr süddə 76 mkq A vitamini var.

Yumurta

Yüksək miqdarda zülal ehtiva edən yumurta, qidalandırıcı xüsusiyyətləri ilə adekvat və balanslı bir rasionunt əvəzolunmaz qidaları arasındadır. Tərkibində A vitamini olan qidalar arasında 1 ədəd qaynadılmış yumurtada 75 mkq A vitamini var.

Qızılca Xəstəliyinin Müalicəsi

Qızılcanın yayılmasına qarşı ən mühüm tədbir peyvənddir. Bununla belə, qızılca üçün dəqiq bir müalicə yoxdur. Ancaq bəzi müalicələr tətbiq oluna bilər.

  • İlk növbədə bol maye qəbul edilməlidir.
  • Qızdırma varsa, qızdırma salıcı dərmanlar istifadə edilə bilər.
  • Öskürək və ya boğaz ağrısı üçün tənəffüs yollarını rahatlaşdırmaq üçün nəfəsaçıcı sprey, boğazyumşaldıcı vasitələr istifadə edilə bilər.
  • Vitamin A əlavələri simptomları azaltmağa kömək edə bilər.
  • Qızılca ilə birlikdə pnevmoniya və ya qulaq infeksiyası inkişaf edərsə, həkimin tövsiyə etdiyi dərmanlardan istifadə edilə bilər.

Sağlamlığınızın Qeydinə Qalın!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir