Çuğundur, tərkibindəki vitaminlərin və sağlam komponentlərin faydaları sayəsində olduqca məşhur bir qidadır. Qan təzyiqini salır, qan azlığının qarşısını alır, qaraciyəri gücləndirir. Ancaq yalnız sağlamlığa faydalarıyla deyil, bundan əlavə də bir çox sahələrdə istifadə edilir. Evdar.az çuğundurun heç bilmədiyiniz istifadə sahələrini təqdim edir.
Bədəniniz Və Dəriniz Üçün Bir Detoks
Çuğundur dərinizi aknelərdən, selülit, sızanaqlar və digər istənməyən ləkələrdən qurtarmaq üçün ən güclü tərəvəzlərdən biridir. Bu tərəvəzin təsirlərini görmək üçün hər həftə bir dəfə xüsusi bir çuğundur detoks içkisi içə bilərsiniz. Bunun üçün bir ədəd xiyarın qabığını soyun, qabığı soyulmuş və dilimlənmiş bir ədəd çuğunduru, dilimlənmiş bir ədəd almanı mikser ilə püre halına gətirin. Süzün və suyunu için.
Göz Oxşayan Bir Dəri Üçün Çuğundur Yeyin
Sahib olduğu müxtəlif faydalar ilə yalnız çuğundur yemək belə dərinizi saf bir görünüşə qovuşduracaq. Yalnız yemək kifayətdir, xüsusi bir reseptlə və ya şirəsini çəkərək deyil. Sadəcə qaynadaraq ya da sobada, çuğundur iki şəkildə də faydalı və bədəninizi toksinlərdən təmizləməyə hazırdır.
Selülitdən Xilas Olun
Çuğundur dərinizi yağlı hüceyrələrdən və toksinlərdən təmizləyir. Sağlam və gözəl olmağınıza köməkçi olur. Bu təsiri sürətləndirmək üçün çuğunduru qreyfrut ilə qarışdıraraq xüsusi bir anti-selülit meyvə şirəsi hazırlaya bilərsiniz. Qreyfrut eyni zamanda selülit əleyhinə xüsusiyyətləriylə tanınır.
Saçınızı Boyayın
Əgər təbii bir şabalıd rəngi və ya yalnız qırmızı işıltılar əlavə etmək istəyirsinizsə, kimyəvi saç boyası istifadə etməyə bilərsiniz. Bir miqdar çuğundur suyunu xına tozuna əlavə edin (su olmadan), qarışdırın, və saçınıza tətbiq edin. Maksimum təsir üçün hər həftə istifadə edin.
Təbii Qırmızı Dodaqlar
Təzə bir dilim çuğunduru sadəcə dodaqlarınıza çəkə bilər və ya sizə xüsusi təbii tonlarda bir pomada hazırlaya bilərsiniz. Bunun üçün sizə lazım olacaq bir çay qaşığı çuğundur tozu, bir çay qaşığı hind yağı və bir çay qaşığı karite (sheabutter) yağı. Karite yağını bir stəkanda əridin (qaynar suya qoya bilərsiniz), ardından digər vəsaitləri əlavə edib qarışdırın. Qarışığı soyuducuda 10-20 dəqiqə gözlədin və dodaq boyanız hazırdır. Eyni zamanda yanaqlarınız üçün də istifadə edə bilərsiniz.