Magazalarımızda Darcın Adı ile Satılan Edviyyat Xerçeng Yaradır4
Faydalı Faydalı Məsləhətlər Maraqlı Xəbərlər Sağlamlıq Haqqında

Mağazalarımızda Darçın Adı ilə Satılan Ədviyyat Xərçəng Yaradır

Darçın – həm sağlamlıq, həm də dad baxımından tez-tez istifadə etdiyimiz ədviyyatlar arasında yer alır. Təəssüf ki, hər məhsulda olduğu kimi, darçında da böyük saxtakarlıqlar baş verir. Xüsusilə son vaxtlar darçın 2 fərqli çeşiddə satılır: Seylon (əsl darçın) və Çin darçını (kassiya).

Evdar.az-ın məlumatına görə, Çin darçınıyla bağlı mühüm xəbərdarlıq edilib. Mütəxəssislər vətəndaşlara xəbərdarlıq edib ki, darçın alarkən onun mənşəyini yoxlasınlar. Mənşəyinin vacib olmasının səbəbi darçının tərkibindəki “kumarin” maddəsinin nisbəti ilə bağlıdır. Ağac qabığının bir növü olan Kassiyanın (Çin Darçını) tərkibində olan kumarin maddəsi Avropa Birliyi və ABŞ Səhiyyə Təşkilatları tərəfindən kanserogen hesab edilir.

Mütəxəssislər həddindən artıq kumarin qəbulunun qaraciyərin zədələnməsinə, qanın laxtalanma prosesində problemlərə, daxili və beyin qanaxmalarına səbəb ola biləcəyini bildirib.

Kassiya darçını zəngin kumarin mənbəyidir. Bəzi elmi araşdırmalara görə, kumarindən çox istifadə qaraciyərin toksikliyi və zədələnmə riskini artırır. Çəkisi 59 kiloqram olan insan gündə 5 milliqramdan çox kumarin qəbul etməməlidir. Kassiya darçınının kumarin tərkibi çay qaşığı ilə 7 -18 milliqram arasında dəyişə bilər.

Heyvanlar üzərində aparılan araşdırmalar göstərib ki, çoxlu kumarin yemək ağciyər, qaraciyər və böyrəklərdə xərçəng şişlərinin yaranmasına səbəb ola bilər. Bununla belə, mövcud nəticələr kumarin istehlakının aşağı səviyyədə saxlanmalı olduğunu göstərir. Bundan əlavə, darçın çox miqdarda istehlak edildikdə allergik reaksiyaya səbəb olur, boğaz və ağciyərləri qıcıqlandırır, bu da ağciyərlərə daimi zərər verə bilər.

Seylon Darçını

Mütəxəssislər satışda olan iki növdən yalnız biri və “əsl darçın” deyə tanınan Seylon darçınını tövsiyyə edir. Seylon darçının vətəni Şri-Lanka və Hindistanın cənub hissələridir. Bu, darçın ağacının daxili qabığından hazırlanır.

Seylon darçınında 0,1 milliqram kumarin olduğu halda, Çin darçınında isə bu miqdar 3,8 milliqramdır.

Daha çox yayılmış Çin darçını çeşidi ilə müqayisədə olduqca bahalıdır. Seylon darçınını orqanik bazarlarda tapmaq olar, lakin baha olduğu üçün ona üstünlük verilmir. Bu darçının şirniyyatlar üçün uyğun olan zərif və bir qədər şirin dadı var.

Darçın Tozu Almayın, Çubuq Alın!

Toz halında satılan darçınları isə almamağınız da vacibdir. Çünki darçın tozuna işbazlar Çin darçınını əlavə etdiyi üçün Seylan darçın çubuqlarını alıb evdə özünüz üyütmək daha təhlükəsiz üsuldur.

Etiketdə qeyd edilmədiyi halda, toz halında satılan darçınlardan hansının Seylan, hansının Çin darçınına olduğunu ayırd etmək çətindir, lakin darçın çubuqlarında fərqi asanlıqla başa düşmək olar. Bu iki darçın növünü bir-birindən ayırmaq olduqca sadədir:

  • Əsl darçın “Seylon” daha açıq rəngdədir, nazik təbəqələrdən ibarətdir və asanlıqla qırıla bilər.
  • Kassiya darçını (Çin Darçını) isə tünd rəngli, qalın qatlı və hər iki tərəfi qıvrılmış içi boş boruya bənzəyir.

Onu da qeyd edək ki, darçın darçın ağacının iç qabığından hazırlanan ədviyyatdır. Kosmetika, qida və tibb sənayesində istifadə olunur. Antioksidantlarla zəngin olan darçın 2-ci tip diabet və piylənmə üçün faydalıdır. Qan şəkərinə nəzarət edir və ürək xəstəliyi üçün bəzi risk faktorlarını azaldır. Darçın çubuğu xalq arasında məşhurdur; köp və qarın ağrılarını aradan qaldırmaq üçün də istifadə olunur. Darçın tozunun iştahaaçan təsiri də məlumdur. Darçın az və ya orta miqdarda istifadə edildikdə təhlükəsiz və faydalı ədviyyatdır.

Darçının faydalı xüsusiyyətləri:

  • çox miqdarda vitaminlər ehtiva edir: C, E, K, B, A qrupları və minerallar: kalsium, dəmir, manqan, sink.
  • bədəni sərbəst radikalların zərərindən qoruyan antioksidanlar ehtiva edir.
  • iltihab əleyhinə xüsusiyyətlərə malikdir.
  • ürək-damar xəstəlikləri riskini azaldır
  • uşaqlara və məktəblilərə görmə qabiliyyətini gücləndirməyə və konsentrasiyanı artırmağa kömək edir, bunun üçün gündə 2-3 çimdik qəbul etmək lazımdır.
  • orqanizmin virus xəstəliklərinə qarşı müqavimətini artırır.

Sağlamlığınızın Qeydinə Qalın!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir