Zəfəran yeməklərə qatdığı rəng və ləzzətlə ən xüsusi ədviyyatlar arasındadır. Qızıldan daha diymətli olan zəfəranı ev şəraitində yetişdirə bilərsiniz.
Yeməklərə verdiyi dadı və gözəl rəngindən əlavə çox məşhur və tövsiyə olunan zəfəran həm də faydalıdır. Qan dövranını tənzimləməkdən depressiya və yuxusuzluğa qədər yaxşı təsir edir.
Ət və toyuq yeməklərinin, xəmir işlərinin və plovların, daxil olduğu hər reseptin ləzzətini və dəyərini artıran zəfəranın ev şəraitində yetişdirməyin qaydası..
Zəfəran, soğanlı bitkilər ailəsindən olduğu üçün evdə, saxsı içində zəfəran bitkisi yetişdirmək istəyirsinizsə ilk olaraq etibarlı yerlərdən məhsuldar zəfəran soğanları almalısınız. Zəfəran soğanlarını məhsuldar bir şəkildə yetişdirmək üçün ikinci ehtiyacınız olacaq vəsait isə təbii ki torpaqdır. Zəfəran bitkisi orqanik maddələr baxımından zəngin humuslu torpaqlarda daha məhsuldar bir şəkildə yetişdiyi üçün gül mağazalarından humuslu torpaq almalısınız.
Bu iki vəsaitdən başqa zəfəran yetişdirmək üçün böyük bir saxsı qabına, suvarma qabına və bol suya ehtiyacınız olacaq. Saxsı qabı seçdikdə həm dərin, həm də geniş olmalıdır. Kiçik saxsı qabları sağlam zəfəran soğanları üçün doğru seçim olmayacaq, unutmayın.
Saxsıda zəfəran bitkisi necə yetişdirilir?
Tərkiblərinizi hazırladığınızda əvvəlcə zəfəran soğanlarını torpağa əkməlisiniz və əkin başa çatdıqdan sonra uyğun şəraitdə bitkinizi böyütməyə başlamalısınız. Bütün bunları edərkən aşağıdakı addımlara mütləq diqqət yetirməlisiniz:
- Saxsının içini əvvəl torpaqla təxminən yarısına qədər doldurun. Daha sonra zəfəran soğanlarını nazik hissələri üstə gələcək şəkildə torpağa yerləşdirin.
- Ardından üzərini yenə torpaqla doldurun. Üzərinə təxminən 15-20 sm torpaq əlavə edə bilərsiniz.
- Zəfəran soğanlarının sağlam bir şəkildə tutması üçün bunu avqust və sentyabr aylarında etməyiniz məsləhətdir,unutmayın.
- Zəfəran soğanlarını əkdikdən sonra can suyu olaraq da bilinən ilk suvarımı etməyə laqeyd yanaşmamalısınız.
- Əkmə prosesini tamamladıqdan sonra isə sulamağa laqeyd yanaşmayın. Sulama miqdarına qərar vermək üçün torpağı barmağınızla yoxlaya bilərsiniz. Əgər torpağa barmağınızı batırdığınızda barmağınız tamamilə quru çıxırsa dərhal sulamalısınız, əgər nəmlidirsə sulamağı bir sonrakı günə buraxa bilərsiniz.
- Torpağınızı həddindən artıq sulamayın. Həddindən artıq suvarma zəfəran soğanlarınızın çürüməsinə səbəb olacaq.
- Zəfəran bitkisini əkdiyiniz saxsıları isə mütləq günəş işığına məruz qalan və çox külək olmayan yerlərə qoymalısınız. Aralıq dənizi iqlimində asanlıqla böyüyüb və inkişaf edə bilən bir bitki olduğundan, zəfəran üçün evinizdə mülayim şərait yaratmağın lazım olduğunu unutmamalısınız. Zəfəran bitkiniz yetişib çiçək açdıqdan sonra çiçəkləri günəş çıxmamışdan əvvəl toplamağa diqqət yetirin. Bu çiçəklərin ortasındakı 3 ədəd təpəciyi diqqətlə ayırmağa laqeyd yanaşmayın.
Evdə zəfəran yetişdirmək üçün bilməniz lazım olanları izah etdik. Siz zəfəran haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə, zəfəranın faydaları və istifadəsi ilə bağlı məqaləmizdən oxuya bilərsiniz.