Pəhriz, sağlam və müsbət münasibətlər uzun ömürə kömək edən amillərdir. Lakin uzun və xoşbəxt bir həyat fiziki fəaliyyət olmadan tamamlanmaz. Dünyanın ən uzunömürlü insanlarının yaşadığı Yaponiya sağlam qidalanma ilə yanaşı idmana da böyük önəm verir. Əsrlər boyu yaponlar hər gün bədənlərini hərəkət etdirdikləri, bunun üçün idman zalına getməyə və ya bir saat marafon qaçışı etməyə ehtiyac olmadığını, lazım olan tək şey gününüzə hərəkət əlavə etmək olduğunu qeyd edirlər.
“İkigai: Uzun və Xoşbəxt Həyatın Yapon Sirri” kitabının müəllifləri dünyada ən yüksək əhali sıxlığına malik “mavi zona” (ömürləri orta statistik yaşa malik əhalidən daha uzun olan insanların toplandığı region – red.) olan Yaponiyanın Okinava şəhərində 100-dən çox yaşlı insanla danışıblar. Onlardan demək olar ki, hamısı on illərlə zaman kəsiyində edilən məşhur Yapon məşqi olan Radio Taiso ilə məşğul olduqlarını söyləyib. “Radio məşqləri” mənasını verən Rajio taisō adını 1929-cu ildə radioda hərəkət təlimatlarının yayımından almışdır.
Bu gün də radio taiso hər gün səhər saat 6:30-da Yaponiyanın ən qədim radio stansiyalarından biri olan NHK Radio 1-də yayımlanmağa davam edir.
Hərəkətlər aşağı intensivliyə malikdir, günə başlamaq üçün əla bir yoldur və başa çatdırmaq üçün cəmi üç dəqiqə vaxt lazımdır. Radio taiso-nun əsas məqsədlərindən biri “iştirakçılar arasında birlik ruhunu təşviq etmək”dir. Məşqlər çox vaxt qrup şəklində, o cümlədən məktəbdə dərsdən əvvəl və iş yerlərində işə başlamazdan əvvəl həyata keçirilir. Yaponların uzun ömürlüklərinin sirri sağlam qidalanma, dəmir kimi nizam-intizam, yüksək məsuliyyət hissi ilə yanaşı həm də bundadır.
Evdar.az Radio Taiso hərəkətlərini təqdim edir: