Koronavirus pandemiyası səbəbiylə hamımız evlərə qapanmışıq. Bəs bu müddətdə necə qidalanmalıyıq? Evdar.az ev karantinində qidalanmayla bağlı qızıl qaydaları təqdim edir.
Son dövrlər bütün dünyada yayılan CoVİD-19 adı verilən koronavirus pandemiyası Azərbaycanda da yayılaraq ciddi fəsadlara yol açıb. Xatırladaq ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə martın 24-dən aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi elan olunmuşdur. Bu səbəblə evdə qaldığınız müddətdə sağlam qidalanmaya laqeyd yanaşmayın. Tez-bazar ya da fast food yerinə faydalı qidalar seçin. Həftədə 1-2 dəfə balıq yeyin. Yemək və salat souslarında soğan, sarımsaq istifadə edin. Kivi, portağal, limon, nar, təbii qatıq, cəfəri və zəncəfil istifadə edin. Nizamlı olaraq çərəz yeməyi unutmayın.
Karantin müddətində çəki almadan da immunitet sistemini gücləndirmək mümkündür. Gün ərzində 3 porsion meyvə və 2 porsion tərəvəz gündəlik vərdişimiz olmalıdır. Bu qidalar virusa qarşı mübarizə aparan C vitaminin bədənə daxil olmasını təmin edir. 1 porsion meyvə-1 ədəd portağal və ya alma olmalıdır. 1 porsion tərəvəz isə 4 xörək qaşığı tərəvəz yeməyi olmalıdır.
Qızartmalardan uzaq durun
Qızarmış yeməklərdən uzaq duraraq buxarda və ya sobada bişirmə, buğlama kimi daha sağlam bişirmə üsullarını seçərək yağ qəbulunu azalda bilərik. Unutmamaq lazımdır ki, hərəkətsizliklə birlikdə çəki artır və yağlı qidaların kalorisi yüksəkdir. Evdə olduğumuz üçün bu dövrdə fast foodları və çips, şəkər kimi qida dəyəri qeyri-kafi olan qəlyanaltıları məhdudlaşdırmalıyıq.
Davamlı mətbəxə getməmək üçün özümüzə bir məşğuliyyət tapa bilərik. Bu çətin günlərdə hərəkətsiz həyat sürdüyümüz üçün daha çox lif qəbul etmək üçün ağ çörək, simit kimi ağ unlu məhsulların yerinə tam buğda çörəyi, buğda unundan hazırlanan biskvit kimi qəlyanaltıları seçməliyik. Çünki hərəkətsizliklə birlikdə qəbizlik yaranır.
Kola əvəzinə mineral sulara üstünlük verin
Meyvəli sodalar, kolalar, limonadlar, hazır meyvə suları kimi şəkərli içkiləri məhdudlaşdırın, daha çox su için. Bədənimizi toksinlərdən təmizləyən ən əhəmiyyətlisi sudur. Gündəlik ən az 2 litr su içmək vacibdir. İçki olaraq sudan başqa mineral su içə bilərsiniz.
Bəzi qida qruplarını məhdudlaşdıran pəhrizlər bu dövrdə edilməməlidir. Belə pəhrizlərdə immunitetimiz düşə bilər. Əgər pəhriz edirsinizsə bu dövrdə buraxın. Bu dövrdə pəhriz deyil, sağlam qidalanma vərdişlərini tətbiqini məqsəd halına gətirin.Qidalanmada yetəri qədər zülal, karbohidrat, yağ, vitamin, minerallar və suya üstünlük verilməlidir. Kafi və balanslı qidalanma həm xəstəliklərdən qorunmağa, həm də xəstəliklərlə mübarizə aparmağa köməkçi olar.
Bu qidaları süfrənizdən əskik etməyin
Tərkibindəki birləşmələr sayəsində immunitet sistemini qüvvətləndirici təsirə malik soğan və sarımsağı yemək və salat souslarına mütləq əlavə edilməlidir.
Gündəlik 5-10 budaq cəfəri isə insanın gündəlik C vitamini ehtiyacının üçdə birini qarşılayır.
Omeqa 3 yağ turşuları və zəngin tərkibi ilə immunitet sistemini gücləndirici xüsusiyyəti olan balıq həftədə 1-2 dəfə mütləq istifadə edilməlidir.
E vitamini ilə zəngin çərəzlərdən olan fındıq, qoz və badamı nizamlı istifadə etdikdə immunitet sistemini qüvvətləndirir. Zəncəfil də immunitet sistemini gücləndirir və bədənin müqavimətini artırır.
Narın tərkibində olan polifenolik birləşmələr və nara qırmızı rəngini verən antosiyaninlər, antioksidant tutumuyla immunitet sistemini gücləndirici xüsusiyyətə malikdir. Tərkibindəki “antosiyanin” adlı komponent sayəsində immunitet sistemini gücləndirir. Ancaq narın suyuunu sıxıb içmək əvəzinə orta böyüklükdə bir narı dənələyərək yemək bağırsaq sağlamlığı baxımından daha faydalıdır.
Kivi isə tam bir vitamin və mineral deposudur. C vitamini zəngini portağal və limon xəstəliklərə qarşı bədənə müqavimət qazandırır.
Təbii qatıq, kefir kimi probiotik qaynaqları nizamlı olaraq istifadə edildiyində bağırsaq florasını zənginləşdirərək immunitet sistemini gücləndirir.
Sağlamlığınızın Qeydinə Qalın!
Koronavirusun Düşməni Qidalar – İmmunitetinizi 10 Qat Gücləndirin