Faydalı Faydalı Məsləhətlər Sağlamlıq Haqqında

Cənnət Meyvəsi Narın Möcüzəvi Faydaları

Nar – qış aylarının ən gözəl meyvələrindəndir, suyu və meyvəsi ilə dərdlərə dərmandır. Nar suyu xərçəngdən dəri gözəlliyinə qədər möcüzə faydaları ilə “Cənnət meyvəsi” adına layiqdir. Evdar.az nar suyunun bilinməyən faydalarını təqdim edir.

Nar suyunun faydaları nələrdir?

Nar qış aylarının ən sevimli meyvələrindən biridir. Tumlarından dənəsinə, qabığından suyuna qədər bir çox xəstəliyə şəfa olan nar, eyni zamanda, bədəni xəstəliklərə qarşı da bir qalxan kimi qoruyur. Narı soymaq nə qədər əziyyətli olsa da, orqanizmə olan xeyirləri bu zəhmətə dəyər.

Adı “Qurani- Kərim”də keçdiyi üçün, xalq arasında “Cənnət Meyvəsi” olaraq da adlandırılır. Narı, gündəlik istifadə etdikdə yorğunluğu aradan qaldırır və bədənə güc ver. Həmçinin xolestrol və şəkəri tənzimləyən nar, xərçəng hüceyrələrinin inkişafına mane olaraq, ürək sağlamlığının qorunmasında da köməkçi olur.

Narın qida dəyərləri

Nar ləzzətli və faydalı meyvə olmasıyla bərabər qida dəyərləri baxımından da olduqca zəngin bir meyvədir. İçərisində kalium və dəmir mineralı ilə C vitamini kimi bir çox vitamin olan bir meyvədir. Nar, B1, B2 vitaminləri ilə kalsium və fosfor mineral da saxlayır.

C, B1 və B2 vitaminlərinin yanında zəngin kalium ehtiva edən və təxminən bir stəkan nar suyu gündəlik ehtiyacımız olan C vitamininin 25% -ini qarşılayır.

Narın faydaları nələrdir?

  • Ürək tutması, ürək infarktı riskini azaldır.
  • Damar tıxanıqlığının qarşısını alır.
  • Yüksək təzyiqi salır.
  • Xolesterin və qan şəkərini tarazlaşdırır.
  • İmmunitet sistemini gücləndirir.
  • Prostat xərçəngini qarşısını alır.
  • Narın içində olan antioksidantlar qripə səbəb olan mikrob və virusları zərərsiz hala gətirir.
  • Enerji verir, yorğunluğu aradan qaldırır.
  • Şirin nar suyu, səs batıqlığı və sətəlcəmə qarşı faydalıdır.
  • Burun poliplərinə qarşı faydalıdır.
  • Diş əti qanaxmalarına yaxşı təsir edir.
  • Hər cür infeksiyaya qarşı bədən müqavimətini qoruyur.
  • Dəri infeksiyaları, dırnaq iltihabı və irinli yaraların müalicəsində nar çəyirdəyinin balla birlikdə qarışdırılaraq məlhəm halında tətbiq edilməsi tövsiyə edilir.
  • Dəri xərçənginə yaxşı təsir edir.
  • Dərinin hamar görünməsini təmin edir.
  • Qəbizliyin qarşısını alır.
  • İshala qarşı təsirlidir.
  • Sidik qovuxu bir xüsusiyyətə malikdir.
  • Revmatizma ağrılarına yaxşı təsir edir.
  • Ürək keçmələrə qarşı nar şərbəti içilir.
  • Keçəlləşmənin müalicəsində nar turşusu ilə zeytun yağı qarışığı istifadə edilir.
  • Nar çiçəyi də yaralar üçün dərmandır.
  • Nar bağırsaqda yara və iltihab əmələ gəlməsinin qarşısını alır.
  • Qocalmağı gecikdirir.
  • Ağız və diş sağlamlığını qoruyur.
  • Şəkər xəstəliyini azaldır.
  • Nar qanazlığının qarşısını alır.
  • Arıqlamağa köməkçi olar.

Narın zərərləri nələrdir?

Çox yüksək vitamin və element daşıdığı üçün hamilə qadınların, mədə, bağırsaq xəstəlikləri olanların və uşaqların hədsiz şəkildə yeyilməməlidir.
Çox tez həzm edilsə də, bəzi insanlarda köp və şişkinlik əmələ gətirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir