Soğan insan qidasının faydalı tərkib hissəsidir. Soğanın tərkibində bir çox vitamin, ferment, mineral duzlar, fosfor, yod və silisium var. Soğan bakteriya yığdığından, tibbdə də soyuqdəymənin qarşısını almaq üçün istifadə olunur. Ancaq mətbəxdə yeməklərə istifadə etdiyimiz soğanı vaxt çatışmamazlığından bir çox qadınlar soyub saxlayır.
Bir gecə qalmış soğan sağlamlığa zərərlidir!
Evdar.az xəbər verir ki, yəhudi ensklopediyası Talmudda Rabbi Şimon Bar İoxay bildirir ki, qabığı soyulmuş və bir gecə qalan soğanı yemək onu yeyən şəxsə həddən artıq zərər verə bilər. Qeyd edir ki, doğranmış soğanın bir hissəsini, hətta soyuducuda belə saxlamayın.
Unutmayın ki, ertəsi gün bişirmək üçün doğranmış soğandan istifadə etmək təhlükəlidir. Bu soğan infeksiyaya və hətta qida zəhərlənməsinə səbəb ola biləcək bakteriya yığır.
Bu problemin bir neçə mümkün həlli var. Bütöv soğanı qabığından ayırmasanız və ya üzərində kökünü saxlasanız, həmçinin doğranmış soğana duz əlavə etsəniz, onun saxlanmasında problem olmayacaqdır.
Sağlamlığınızın Qeydinə Qalın!