Faydalı Faydalı Məsləhətlər

Noxudu Bir Gecə İslatmadan Ən Tez Bişirməyin Yolu

Bir yeməyin içərisinə noxud qatılanda o yeməyin doyuruculuğu və ləzzəti artır. Ancaq noxud qaynatmaq, xüsusilə də bir gecə əvvəldən isladaraq qaynadıb bişirmək hər zaman əhəmiyyətli bir məsələ olub. Evdar.az sizlərə noxudu islatmadan ən asan və tez bişirməyin yolunu sizinlə bölüşür.

Noxud Necə Qaynadılır?

Noxudu İslatmadan Ən Tez Bişirməyin Yolu

Noxud, sərt bir paxlalılar olduğu üçün yumşaltmaq üçün bir gecə əvvəldən suyun içərisinə qoyun. Bu sayədə bişmə müddəti sürətlənir. Bir gecə əvvəldən quru noxudları qazana qoyub səhərisi gün suyunun çəkildiyini görəcəksiniz. Noxudu bir qazana töküb üzərini keçənə qədər su əlavə edib qaynadaraq bişirmək lazımdır. Hər nə şəkildə qaynatsanız belə suyun üstündə əmələ gələn köpükləri mütləq götürün. Noxudu bişirdiyiniz suya əvvəlcədən duz atmayın,çünki duz noxudun vitaminlərini azaldır. Yumşalan noxudları ocaqdan götürüb süzün və soyuq sudan keçirin. Suyu süzülmüş noxudları yeməklərinizə istifadə edə bilərsiniz. Və ya soyuducu paketlərinə töküb soyuducunun buzxanasında saxlaya bilərsiniz.

Bir Gecə Əvvəlcədən İslatmadan Noxudu Necə Bişirmək Olar?

Noxudu İslatmadan Ən Tez Bişirməyin Yolu

Noxudları bir gecə əvvəldən islatmadınızsa kədərlənməyin. İki fərqli şəkildə də qaynadıb istifadə edə bilərsiniz. Necə?  Əgər fitli tezbişirən qazanınız varsa işiniz çox asandır. Noxudlarınızı yarım saat suda gözlədin. Ardından fitli qazana noxud və suyu töküb qapağını bağlayın. Orta ocaqda bişməyə qoyun. 

Əgər fitli qazanınız yoxdursa noxudlarınızın üzərinə qaynanmış su əlavə edərək otaq temperaturunda 1 saat gözlədin. 1 saat isti suda qalan noxudları süzüb yuyun. Qazana töküb, soyuq su əlavə edib qaynamağa qoyun. Təxminən 1 saat ərzində noxudlar bişəcək. Bişən noxudları süzüb istifadə edə bilərsiniz.

Noxudu İslatmadan Ən Tez Bişirməyin Yolu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir