Faydalı Faydalı Məsləhətlər Maraqlı Xəbərlər Sağlamlıq Haqqında

Orqanik Deyib Aldığımız Qidalar Həqiqətən Orqanikdirmi?-Araşdırma

Günümüzdə yaxşı, balanslı və sağlam qidalanma dedikdə ağla gələn ilk həqiqətlərdən biri son zamanlar məşhur olan orqanik qidalardır. Yaxşı əkinçilik və orqanik qida, xüsusilə sağlamlıq problemləri səbəbindən son zamanlarda əhəmiyyət qazanıb. Sağlam bir həyat yaşamaq üçün orqanik qidaları yemək vacibdir, amma bir qidanın həqiqətən orqanik olub olmadığını necə ayırd edə bilərik? Orqanik deyib aldığımız qidalar həqiqətən orqanikdirmi? Evdar.az orqanik qidalar haqqında araşdırmanı təqdim edir.

Mövsümi və GMO olmayan qida olduğundan əmin olun

Bir qida məhsulunun orqanik olmasının ilk şərti birinci növbədə mövsümündə yetişdirilməsidir. Fərqli üsullardan istifadə edərək, xüsusilə kimyəvi maddələrlə qidalanaraq yetişdirilən və ilin istənilən vaxtında asanlıqla tapa biləcəyiniz qidalar orqanik deyil. Bunu anlamaq üçün qidaların ölçüsünə baxa bilərsiniz. Məsələn, GMO qidaları ümumiyyətlə bir-birləri ilə eyni ölçülərdə olurlar. Bu səbəblə  aldığınız qidanın ölçüsünə baxaraq başlaya bilərsiniz.

Yumurtanın sarısına baxıb yanılmayın

Son vaxtlar çox dəbdə olan “Orqanik” və ya “Kənd Yumurtası” sağlam qida dedikdə ağlımıza ilk gələnlərdən biridir. Burada böyük bir səhv düşüncə, orqanik yumurtanın sarısının tünd rəng olacağı inancıdır. Bu inancdan ticari məqsədlər üçün istifadə etmək üçün bir çox istehsalçı toyuq yumurtalarına kimyəvi və bitki mənşəli vasitələrlə müdaxilə edir, sarı rəngi tündləşdirir. Bu kimyəvi maddələr toyuq yemi ilə qarışdırılır və rənglərlə oynanılır. Yumurta sarısı ilə orqanik arasında paralellilik yoxdur.

Orqanik qidaların çürümə müddəti

Digər bir yanlış təsəvvür, orqanik meyvə və tərəvəzlərin uzun müddət çürüməməsi və digərlərindən bir az daha uzun qalmasıdır. Əksinə, orqanik şəraitə uyğun olaraq yetişdirilən meyvə və tərəvəzlər, tərkibində GMO olan qidalardan daha tez xarab olur. Heç bir qatqı olmadığı üçün davamlılıq müddəti daha azdır.

Orqanik qastronomiya məhsulları niyə qəhvəyi rəng olur?

Qastronomiya məhsullarındakı rəng vəziyyəti də bir qidanın orqanik olub olmadığını anlamağa köməkçi ola bilər. Bu məhsulları, ümumiyyətlə daha uzun ömürlü olması və rəf ömürlərinin uzanması üçün fərqli qatqı maddələriylə saxlayırlar. Halbuki orqanik məhsullarda bu qorunma prosesi ədviyyat və ya duzla edilir. Zərif məhsullara qırmızı rəng verən nitrit ya da fosfat duzlarıdır. Bağlayıcı olaraq adlandırılan bu məhsullar olmadadan ətin rəngi qaynadılmış ət kimi olar. Ümumiyyətlə qəhvəyi rəngə yaxındır. Bişirilmə prosesindən sonra rəngi normal rəngə qayıdır.

Sağlamlığınızın Qeydinə Qalın!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.