Faydalı Faydalı Məsləhətlər

Zibilə Atdığınız Pomidor Qabığından Ədviyyat Hazırlayın!

Demək olar ki, hər reseptdə pomidordan istifadə edildiyinə görə çoxlu pomidor qabığını atırsınız. Ənənəvi və ya müasir fərqli qurutma üsulları ilə bu qabıqları zibildən xilas edib dadlı ədviyyata çevirə bilərsiniz. Bəs pomidor qabığı tozu harada istifadə olunur? Pomidor qabığı tozu necə hazırlanır və necə saxlamaq olar? Evdar.az ədviyyat haqqında maraqlandıran sualların cavabını təqdim edir.

Pomidor qabıqlarını necə qiymətləndirmək olar?

İstifadə etdiyiniz pomidorların qabığını tikə-tikə doğrayın. Hava və yer imkan verirsə, tamamilə quruyana qədər günəşli bir yerdə gözlədin. Əgər mümkün deyilsə və ya daha sürətli qurutmaq istəyirsinizsə, bütün mayeni itirənə qədər sobada qurudun. Soyumasını gözləyin ya üyüdücü vasitəsi ilə, ya da həvəndəstə ilə toz halına salın. Quru və sərin yerdə bir bankada saxlayın. Daha güclü bir dad əldə etmək istəyirsinizsə, az və bərabər miqdarda duz və şəkər tozu əlavə edə bilərsiniz.

Pomidor qabığı tozu harada istifadə olunur?

  • Ətə dad vermək üçün marinadda istifadə edə bilərsiniz.
  • Onu, dadlandırmaq üçün bir çox yeməklərə və ya şorbalara əlavə edə bilərsiniz.
  • Tomat pastası ilə hazırladığınız yeməklərdə aromanı gücləndirmək üçün istifadə edə bilərsiniz.
  • Pizza və ya makaron üçün ədviyyat kimi istifadə edə bilərsiniz.
  • Dadını artırmaq üçün pomidor sousu ilə verəcəyiniz yeməklərə əlavə edə bilərsiniz.

Pomidor qabığı tozunu necə saxlamaq olar?

Pomidor qabığı tozunun ən yaxşı saxlama üsulu onu qurudulmuş otların və ədviyyatların yanında saxlamaqdır. Konteyneri bağlı sərin və quru yerdə saxlayın. Pomidor tozu rütubəti udmağa meyllidir, ona görə də qabınız kifayət qədər böyükdürsə, az miqdarda bişməmiş düyü ilə torbaya və ya paketə qoyub saxlaya bilərsiniz. Bütün qurudulmuş ədviyyatlar kimi, pomidor tozu da təxminən altı aydan sonra öz ləzzətini itirməyə başlayacaq, lakin yenə də istifadə edilə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir