Faydalı Maraqlı Xəbərlər

Qızıldan Dəyərli Zəfəranın Bilmədiyiniz Faydaları

Cənub-Qərbi Asiyadan dünyaya yayılan zəfəran, dünyanın ən bahalı bitkilərindən biridir. Ədviyyat olaraq istifadə etdiyiniz bu bitki, yeməklərə verdiyi ləzzəti və xoş rəngi ilə fərqlənir. Evdar.az hər gün yeni bir faydası kəşf edilən qızıldan da dəyərli olan zəfəran ədviyyatının bilmədiyiniz faydalarını təqdim edir.

Zəfəran Nədir?

Latınca adı “crocus sativus” olan zəfəran, soğanlı bitkilər arasındadır.Payızda bənövşəyi rəngli çiçəklər açır, 20 ilə 30 sm arasında bir boya çatır və rəngləndirici ya da dad verici olaraq istifadə edilir.

Zəfəranın Faydaları Nələrdir?

  • Afrodizyak təsiri olan zəfəran, əsəbləri sakitləşdirir və cinsi istəyi artıraraq fəaliyyətini artırır.
  • Menstruasiya dövrünün ağrısız keçməsinə köməkçi olur.
  • Seratonin səviyyəsini tarazlaşdırır, depressiya kimi psixoloji problemlərin sağalmasına kömək edir.
  • Yuxu keyfiyyətini və motivasiya səviyyəsini yaxşılaşdırır.
  • İştahı tənzimləyərək piylənməylə mübarizəyə kömək edir.
  • Omeqa-3 ilə zəngindir, B6 vitaminin əmələ gəlməsini dəstəkləyir, qan dövranını tənzimləyir.
  • Xərçəng şişlərinin böyümə sürətini azaldır.
  • Təzyiq və pis xolesterini aşağı salır.
  • Maqnezium, dəmir və kalium kimi minerallar tərəfindən zəngindir.

Zəfəran Necə İstifadə Edilir?

Ümumiyyətlə ət, toyuq və balıq yeməklərinin yanında verilən plov, tərəvəz yeməkləri və unlu məmulatlarda rəngləndirici və ləzzətləndirici olaraq istifadə edilir. Kəskin bir ləzzəti və rəngləndirici təsiri olduğu üçün, ədviyyat olaraq yeməklərə bir neçə tel əlavə olunması kifayətdir. Mütəxəssislər, zəfəranın qədərində istifadə edilməsini vurğulayırlar.

Gündəlik istifadəsi 1 çay qaşığından çox olduqda zəhərləyici təsiri ola bilər. Hamilə qadınlara istifadə edilməsi tövsiyyə edilmir, çünki erkən (vaxtından əvvəl) doğuş və uşaqsalma təhlükəsi yaradır. Son illərdə, faydalarından bəhrələnmək üçün onu çay kimi dəmləyib ya da balla qarışdıraraq istifadə edənlərin sayı artır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir