Piyaz salatı əsas yeməklərin yanında bir növ salat və ya qəlyanaltı olaraq süfrəyə verilir. Xüsusilə ət yeməklərini tamamlayan piyaz salatını mütləq sınamalısınız. Evdar.az asan hazırlanan salatın reseptini təqdim edir.
Tərkibi:
- 200 qr bişmiş (və ya konservləşdirilmiş) ağ lobya
- 1 ədəd qırmızı soğan
- 1 ədəd pomidor
- 1/3 dəstə cəfəri
- 2 ədəd yumurta
- 1 çay qaşığı sumaq
- 2 xörək qaşığı zeytun yağı
- 1 xörək qaşığı alma sirkəsi (və ya limon suyu)
- duz,istiot
Hazırlanma qaydası:
İlk öncə soğanı nazik doğrayıb bir qaba tökün. Üzərinə sumaq və duz töküb qarışdırın. Pomidorun içərisinin yumşaq hissəsini çıxarıb kub formasında doğrayın. Bir qabda doğranmış pomidorun üzərinə əvvəlcədən bişmiş lobyanı ( və ya konservləşdirilmiş) əlavə edib qarışdırın. Cəfərini də doğrayıb salata əlavə edin. Sumaqlı soğanı, zeytun yağı, sirkə və zövqə görə duz, istiot da əlavə edib qarışdırın. Yumurtaları suda bişirib 4 hissəyə bölüb salatın üzərinə qoyaraq süfrəyə verə bilərsiniz.
Nuş Olsun!