Ət Yeməklərinin Yanına Yaraşan Dadlı Piyaz Salatı

Yields: 1 Serving

Piyaz salatı əsas yeməklərin yanında bir növ salat və ya qəlyanaltı olaraq süfrəyə verilir. Xüsusilə ət yeməklərini tamamlayan piyaz salatını mütləq sınamalısınız. Evdar.az asan hazırlanan salatın reseptini təqdim edir.

Tərkibi:

  • 200 qr bişmiş (və ya konservləşdirilmiş) ağ lobya
  • 1 ədəd qırmızı soğan
  • 1 ədəd pomidor
  • 1/3 dəstə cəfəri
  • 2 ədəd yumurta
  • 1 çay qaşığı sumaq
  • 2 xörək qaşığı zeytun yağı
  • 1 xörək qaşığı alma sirkəsi (və ya limon suyu)
  • duz,istiot

Hazırlanma qaydası:

İlk öncə soğanı nazik doğrayıb bir qaba tökün. Üzərinə sumaq və duz töküb qarışdırın. Pomidorun içərisinin yumşaq hissəsini çıxarıb kub formasında doğrayın. Bir qabda doğranmış pomidorun üzərinə əvvəlcədən bişmiş lobyanı ( və ya konservləşdirilmiş) əlavə edib qarışdırın. Cəfərini də doğrayıb salata əlavə edin. Sumaqlı soğanı, zeytun yağı, sirkə və zövqə görə duz, istiot da əlavə edib qarışdırın. Yumurtaları suda bişirib 4 hissəyə bölüb salatın üzərinə qoyaraq süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.