90 Saniyəyə Şokoladlı Keks

Yields: 1 Serving
Qəfil gələn qonağınıza və ya şirniyyat yemək istədikdə evdə olan ərzaqları qarışdıraraq saniyələr sonra keks hazırlayıb yeyə bilərsiniz. Evdar.az 90 saniyəyə hazırlanan şokoladlı keksin reseptini təqdim edir.
Tərkibi:
  • 2 xörək qaşığı un
  • 2 xörək qaşığı şəkər tozu
  • 2 çay qaşığı kakao
  • 2 xörək qaşığı bitki yağı
  • 5 xörək qaşığı süd
  • 1 çay qaşığı qabartma tozu
  • 1 çay qaşığı vanil
Hazırlanma qaydası:
Bir fincanda un, şəkər tozu, kakao, yağ, süd, qabartma tozu və vanil əlavə edib 1 dəqiqə yaxşı qarışdırın. Fincanı mikrodalğalı sobaya yerləşdirin. Mikrodalğalı sobada 700 vvat gücündə 1,5 dəqiqə bişirin. Sobada bişirəcəksinizsə əvvəlcədən 250 dərəcə qızdırılmış sobada 1,5 dəqiqə bişirin. Şokoladlı keksin üzərinə şəkər kirşanı səpib süfrəyə verə bilərsiniz.
Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.