Ağızda Əriyən Mutaki (Mütəkkə)

Yields: 1 Serving

Novruz süfrəsinin ən sevilən şirniyyatlarından biri də Mutaki (Mütəkkədir). Evdar.az ağızda əriyən mutaki reseptini təqdim edir.

Tərkibi:

  • 280 qr (2 stəkan) un
  • 130 qr kərə yağı
  • 1 çay qaşığı qabartma tozu
  • 1/4 çay qaşığı duz
  • 1 ədəd yumurta sarısı
  • 4 xörək qaşığı qaymaq və ya xama

İçlik üçün:

  • 80 qr qoz ləpəsi
  • 80 qr şəkər tozu (3 dolu xörək qaşığı)
  • 1 ədəd yumurta ağı

Üzəri üçün şəkər kirşanı

Hazırlanma qaydası:

Bir qabda unun üzərinə duz və qabartma tozu əlavə edib qarışdırın. Daha sonra donmuş halda olan kərə yağını una bulayaraq sürtgəcdən keçirin. Üzərinə 1 ədəd yumurta sarısı (ağını içliyə əlavə etmək üçün kənara qoyun) əlavə edib qarışdırın. Qaymağı və ya xamanı da əlavə edib ələ yapışmayan yumşaq xəmir yoğurun. Xəmiri streç salafana keçirib 30 dəqiqəlik soyuducuya yerləşdirin. Başqa bir qabda mətbəx robotundan keçirilmiş qoz ləpəsinin üzərinə şəkər tozu əlavə edib qarışdırın. Kənara qoyduğunuz yumurta ağını mikserlə yaxşıca çırpın və qozlu qarışığa əlavə edib qarışdırın. Xəmiri soyuducudan çıxarıb iki hissəyə ayırın. Birinci hissəni azca unlanmış dəzgaha yayın. Xəmiri kəsib içlikdən qoyub kiçik rulonlar formasında formasında bükün. Bu qaydayla qalan xəmiri də hazırlayın. Hazırladığınızı mutakiləri yağlı kağız sərilmiş soba sinisinə yerləşdirin və əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Bişib soyuyan mutakilərin üzərinə şəkər kirşanı səpib süfrəyə verin. Bu reseptlə 32 ədəd mutaki hazırlamaq olar.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.