Ağızda Əriyən Zərif Balıq Kotleti

Yields: 1 Serving

Bu balıq kotletləri o qədər zərifdirlər ki, ağzınızda əriyir. Fiqurasına nəzarət edənlər, balanslı və müxtəlif pəhriz yeməyi yeyənlər üçün mükəmməldir. Evdar.az balıq kotletinin reseptini təqdim edir.

Tərkibi:

  • 300 qr qızıl balıq filesi
  • 1 ədəd yumurta
  • bir neçə budaq yaşıl soğan
  • 1,5 çay qaşığı qarğıdalı nişastasə
  • zövqə görə duz, istiot

Hazırlanma qaydası:

Balıq filesini kiçik kvadrat formasında doğrayın. Yaşıl soğanı da xırda doğrayın. Bir qabda doğranmış balıq filesi, soğan, yumurta, qarğıdalı nişastası, duz və istiot töküb qarışdırın. Azca yağlanmış isti tavaya kütlədən qaşıqla qoyub bişirin. Kotletləri tavanın qapağı örtülü şəkildə iki tərəfli qızardın.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.