Alma Və Quru Meyvələrlə Düyü Sıyığı

Yields: 1 Serving

Sıyıq hər bir insanın rasionunda əsas bir qida olmalıdır. Düyü sıyığı yalnız iştahaçan və faydalı deyil, həm də dadlıdır. Bu yemək səhər yeməyi üçün idealdır: bütün gün üçün dadlı və enerjili. Evdar.az alma və quru meyvələrlə hazırlanan düyü sıyığının reseptini təqdim edir

Tərkibi:

  • 200 qr yumru düyü
  • 3 xörək qaşığı şəkər tozu
  • çimdik duz
  • 15 qr üzüm qurusu
  • 15 qr ərik qurusu
  • 100 qr alma
  • 1,5 stəkan su
  • 250 qr ml süd
  • 10 qr kərə yağı

Hazırlanma qaydası:

İlk öncə düyünü yuyub bir qazana tökün. Üzərinə 1, 5stəkan su töküb ocağa qoyun. Qaynamağa başladıqda ocağı zəiflədib su tamamilə buxarlanana qədər qarışdıraraq bişirin. Üzərinə süd, şəkər tozu, duz, üzüm qurusu, ərik qurusu və doğranmış almaları da əlavə edib zəif ocaqda 7-10 dəqiqə qarışdırıaraq bişirin. Bişən sıyığa kərə yağı əlavə edib qazanın qapağını örtüb kənarda 5 dəqiqə saxlayın. Sıyığı süfrəyə verdikdə üzərini qoz-fındıqla və təzə alma dilimləriylə bəzəyə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.