Azərbaycan Mətbəxinin Fərqli Təamı-Badımcan Ləvəngisi

Yields: 1 Serving

Badımcan ləvəngisi Azərbaycan mətbəxinin ən gözəl və fərqli təamlarından biridir. Evdar.az cənub bölgəmizin ləzzətli badımcan ləvəngisinin reseptini təqdim edir.

Tərkibi:

  • 6 ədəd badımcan
  • 2 ədəd qırmızı soğan
  • 300 qr qoz
  • duz, istiot,sumaq (sumax)
  • zövqə görə alça turşusu və ya palçıq turşusu

Hazırlanma qaydası:

Qozu çox xırda doğrayın. Soğanı soyub təmizləyin və ət maşınından çəkib acı suyunu tənziflə sıxın. Daha sonra tavada soğanı az yağda yüngül qovurun. Bir qabda xırda doğranmış qoz, yüngül qovrulmuş soğan, sumaq, duz və istiotu töküb yaxşıca qarışdırın. Zövqə görə alça turşusu və ya palçıq turşu əlavə edin. Badımcanın arasını kəsib duzlayın, acı suyu çıxsın. Daha sonra az yağda badımcanları yüngül hər tərəfli qızardın. Qızardılmış badımcanların içərisinə ləvəngi içliyi doldurun. Tavaya yağ əlavə edib doldurduğunuz badımcanları düzüb zəif odda bişirin. Və ya içliklə doldurulmuş badımcanları yağlanmış keramik və ya şüşə soba qabına düzüb əvvəlcədən 150 dərəcə qızdırılmış sobada 1 saat, daha sonra 100 dərəcəyə endirib badımcanların rəngi tündləşənədək bişirin. Süfrəyə verdikdə yanında qarnir olaraq düyüylə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.