Azərbaycanın Dadlı Və Faydalı Yeməyi Cırdala

Yields: 1 Serving

Azərbaycanın bölgələrində bu dadlı və faydalı yeməyə “Cırdala”, “Balva”, “Bomba”, “Buğlama” kimi fərqli adlar verilib. Evdar.az əməköməci və boyanadan hazırlanan cırdalanın reseptini təqdim edir.

Tərkibi:

  • 2 dəstə əməköməci
  • 2 dəstə boyana (razyana)
  • 6-7 ədəd alça turşusu
  • 0,5 stəkan yumru düyü
  • 3 xörək qaşığı kərə yağı
  • duz , istiot
  • 1-2 ədəd yumurta
  • 4 stəkan qaynadılmış su

Hazırlanma qaydası:

İlk öncə göyərtini təmizləyib,yuyub doğrayın. Qazana 2 stəkan su, doğranmış göyərti, yarım halqa doğranmış soğan, alça turşusu, düyü və duz , istiot əlavə edib orta odda bişməyə qoyun (heç qarışdırmayın!). Düyü bişib suyu çəkilənə yaxın yağ əlavə edib 5 dəqiqə qovurun. Daha sonra 2 stəkan suyu əlavə edib, bir az da qaynadın. Bir qabda yumurtanı çırpın, qarışdıraraq yeməyə əlavə edin. Hazır yeməyi isti halda süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir