Sentyabr ayından etibarən artıq balıq mövsümü başlayıb. Adətən balıq “r” hərfi olan aylarda yeyilir. Zəngin vitamin tərkibi və güclü qida dəyəri baxımından olduqca faydalı olan balıqları böyükdən kiçiyə hər kəs nizamlı olaraq yeməlidir. Omega-3 baxımından zəngin olan bu qidanın ürək damar xəstəliklərinə qarşı da qoruyucu bir təsiri var. Həmçinin yağ nisbəti aşağı olduğu üçün də çəkiyə nəzarət baxımından da əhəmiyyətlidir. Hər balığın mövsümü fərqlidir. Mövsümündə istifadə edilən balıqlar hər zaman daha ləzzətlidir. Mövsümü qədər balığın necə bişirildiyi də olduqca əhəmiyyətlidir.
Evdar.az sizlər üçün balığın növlərinə görə bişirilmə qaydasını təqdim edir.
Qızartma
Kiçik balıqlar qızartmalar üçün idealdır. Palamut kimi böyük balıqlar isə dilim halında qızardılmalıdır. Balıqları una batardıqda həm daha ləzzətli olur, həm də tavaya yapışmır. Balıqları yumamışdan əvvəl yaxşıca təmizləyib və kağız dəsmal ilə yaxşıca qurudun. Tavada qızartdıqda balığın yağı özünə çox çəkməməsi üçün qızğın yağda və yüksək odda qızardılmalıdır.
Sobada
Sobada bişirmə üsulunda isə balıqlar 180 dərəcədə, bir soba qabının içərisində tərəvəz ilə birlikdə bişirilməlidir. Sobada bişirmə həm asan, həm də olduqca yüngül bir üsuldur. Bu bişirmə üsulu kiçik və böyük balıqlar üçün də uyğundur. Öz suyunda və tərəvəzlərin suyunda bişən balıqlar hər zaman daha ləzzətli olur.
Qrildə qızartma (Izgara)
Qrildə qızartma üçün ən yaxşı balıqlar iri və yağlı olanlardır. Əgər başqa balıqları seçsəniz qızartdıqda yapışacaq. Qrildə qızartmmışdan əvvəl balıqlara 2-3 saat əvvəl soğan suyu və zeytun yağı yaxsanız daha ləzzətli olar.Tez bişirmək üçün balıqları hissələrə bölərək şişə də çəkə bilərsiniz.
Soyutma (qaynatma)
Adətən losos balığını bu üsulla bişirirlər. Bu bişirmə üsulu balığın qaynayarkən formasının itməməsi üçündür. Bu üsul üçün balıqları su dəyməyəcək şəkildə streç salafanla möhkəm bükün. Daha sonra yaxşıca qaynayan suyun içərisinə atıb bişirin.
Şiş və Saxsı qab
Şiş, ətli və quşbaşı doğranacaq balıq növləri üçün tətbiq oluna bilər. Saxsı isə həm ətli, həm də xırda balıq növləri üçün uyğundur.
Növlərinə görə balıqların bişirmə üsulları:
Barbun balığı
Tavada qızartma üçün uyğundur. Yağlı kağızda və ya dəmir torda da bişirilə bilər.
Çapaq balığı
Qızartma və sobada bişirilməyə uyğundur. Buğlaması və şorbası da olduqca ləzzətli olur.
Dəniz dili balığı
Tavada, şişdə və file kimi bişirmək olar.
Kilkə balığı
Tava, soba, qrildə qızartma kimi bişirmək olar. Buğlaması da çox ləzzətlidir.
Stavrida balığı
Tavada və sobada bişirilən bu balıq çox ləzzətli olur.
Qalxan balığı
Yağlı kağızda və buğlaması ləzzətli olur. Bundan əlavə də tavada da bişirə bilərsiniz.
Qaragöz balığı
Sobada və buğlama olaraq bişirilən qaragöz şorbası da olduqca ləzzətlidir.
Kefal balığı
Kefal balığı buğlama üsulu üçün uyğundur.
Qılınc balığı
Yağlı kağızda bişirmə üsulu və qızartma üçün uyğundur.
Levrək balığı
Qrildə (ızgarada) və ya sobada bişirmək üçün uyğundur. Öz buğunda bişirilməsi da ləzzətli olur.
Skumbriya balığı
Qızartma və dolması ləzzətlidir. Duzda basdırılması da dadlı olur.
Nuş Olsun!
Ağ amur (belamur) balığı hagda heçnə dimediz çox dadlı baligdi