Bişməyən Qarğıdalı Lopası Tortu

Yields: 1 Serving

Səhər yeməyi süfrələrinin əvəzolunmazı olan qarğıdalı lopası süd ilə birlikdə istifadə edilir. Lif dəyəri yüksək olduğu üçün qarğıdalı lopası xüsusilə pəhriz siyahılarında da tez-tez yer alır. Ümumiyyətlə sadə bir şəkildə istifadə edilsə də, peçenye və keks kimi şirniyyatların içərisində də istifadə edilir. Evdar.az  həm asan hazırlanan, həm də ləzzətli bişməyən qarğıdalı lopası tortunun reseptini təqdim edir.

Tərkibi:

  • 125 ml qaymaq
  • 250 qr bittər şokolad
  • 500 qr qarğıdalı lopası
  • yarım stəkan fındıq ləpəsi
  • 8-10 ədəd marshmallow

Hazırlanma qaydası:

Bir qabda qaymağı isidin və ocaqdan götürün. İsti qaymağa bittər şokoladı əlavə edib yaxşıca qarışdırın. Dərin bir qabda qarğıdalı lopasıyla fındıq ləpəsini qarışdırın. Üzərinə qaymaqlı şokoladı əlavə edib qarışdırmağa davam edin. Geniş bir kasaya streç salafan sərin və hazırladığınız qarışığın yarısını kasaya əlavə edin. Orta hissəsinə 8-10 ədəd marshmallow yerləşdirin və qalan qarışığı da üzərinə boşaldın. Streç salafanla örtdüyünüz tortu soyuducuya yerləşdirin. Süfrəyə verdikdə boşqaba çevirib salafanı çıxarın. Zövqə görə porsionluq etmək üçün kiçik kasalarda hazırlaya bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.