Dadı və Görünüşüylə Yeyənləri Heyrətləndirən Desert
Blinçik Ruletinin tərkibi:
Blinçik xəmiri üçün:
- 70 qr tünd şokolad
- 70 qr qaymaq
- 4 ədəd yumurta
- 30 qr şəkər tozu
- 10 qr kakao
- 100 qr keks unu
- 300 ml süd
- 30 qr əridilmiş kərə yağı
Şokoladlı krem üçün:
- 250 qr qaymaq
- 70 qr şəkər tozu
Şokoladlı sous üçün:
- 100 qr tünd şokolad
- 30 qr kokos yağı
- xırdalanmış yer fındığı (araxis)
Blinçik Ruletinin hazırlanma qaydası:
Blinçikləri hazırlamaq üçün yumurtaları və şəkər tozunu yaxşıca qarışana qədər tel çırpıcıyla çırpın. Kakao və unu da əlavə edib qarışdırın. Əridilmiş kərə yağı və südü əlavə edib topaq qalmayacaq şəkildə çırpın. Blinçik xəmirini tel süzgəcdən süzün. Xəmirdən bir qaşıq götürüb yağsız tavada (dörbucaqlı blinçik tavasında) bişirin. Bu qaydayla xəmir bitənə qədər blinçiklər bişirib soyudun.
Şokoladlı kremi hazırlamaq üçün qaymaq, şəkər tozu və soyuducuda soyutduğunuz şokoladlı sousu mikserlə yaxşıca çırpın. Hazır kremi krem torbasına doldurun.
Kvadrat blinçikləri yan-yana düzüb üzərinə krem torbasını sıxaraq krem yaxın. Kremi spatulayla hamarlayıb rulet formasında bükün. Ruleti yağlı kağıza büküb soyuducuya yerləşdirin.
Şokoladlı sousu hazırlamaq üçün tünd şokoladın üzərinə kokos yağı əlavə edib su vannasında və ya mikrodalğalı sobada əridin. Üzərinə xırdalanmış yer fındığı da əlavə edib qarışdırın. Sousu ilıq halda ruletin üzərinə töküb bərkiməsi üçün kənara qoyun. Soyuduqdan sonra soyuducuya yerləşdirin. Hazır ruleti çay süfrəsinə verə bilərsiniz.
Nuş Olsun!
