Dadına Doyum Olmayan Sobada Quzu Qabırğası

Yields: 1 Serving

Quzu əti sevənlər bu möhtəşəm ləzzəti evinizdə sevdiklərinizə və ailənizə hazırlaya bilərsiniz. Evdar.az asanlıqla hazırlaya biləcəyiniz sobada quzu qabırğası reseptini təqdim edir.

Tərkibi:

  • 1 kq quzu qabırğası
  • 4 xörək qaşığı zeytun yağı
  • 1 ədəd soğan
  • 2 diş sarımsaq
  • 1 çay qaşığı bibər pastası (tomatı)
  • 1/2 çay qaşığı bal
  • 1/2 çay qaşığı duz
  • 1/2 çay qaşığı istiot
  • 1/4 çay qaşığı qırmızı bibər tozu

Hazırlanma qaydası:

İlk öncə soğanı rəndələyib suyunu çıxardın və sarımsaqları rəndələyin. Soğan suyu, rəndələnmiş sarımsaq, bibər pastası (tomatı), zeytun yağı, bal,duz, istiot və qırmızı bibər tozunu tel çırpıcıyla qarışdırın. Quzu qabırğaları hazırladığınız marinə qarışığı ilə qarışdırın. Qapağı örtülü qabda marinə edilmiş quzu qabırğanı soyuducuda 1-2 saatlıq saxlayın. Ətləri yağlı kağız sərilmiş soba sinisinə düzün , zövqə görə yanına sarımsaq və acı bibər düzə bilərsiniz. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin. Daha sonra sobanın temperaturunu 160 dərəcəyə endirib arabir nəzarət edərək təxminən 60 dəqiqə bişirin. Bişən quzu qabırğanı süfrəyə isti halda verin.

Nuş Olsun!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir