Dadlı Və Zərif Tiramisu Ruleti

Yields: 1 Serving

“Tiramisu” şirniyyatı zərifliyi və xoş dadı ilə çoxları tərəfindən sevilir. Bu gün bu deserti bir az qeyri-adi bir dizaynda – rulet şəklində bişirməyi təklif edirik. Evdar.az dadlı və zərif Tiramisu ruıetinin resepti təqdim edir.

Tərkibi:

Korj üçün:

  • 100 qr un
  • 100 qr şəkər tozu
  • 3 ədəd yumurta
  • 1 çay qaşığı qabartma tozu

Krem üçün:

  • 250 qr kəsmik
  • 150 qr xama
  • 6 xörək qaşığı şəkər kirşanı
  • 1 çay qaşığı qəhvə

Üzərini bəzəmək üçün kakao və kokos

Hazırlanma qaydası:

Korju hazırlamaq üçün soyuq yumurtaların ağını sarısından ayırın( yumurta soyuq olmalıdır – bu şəkildə kütlə daha yaxşı çırpılacaq). Yumurta sarısının üzərinə 60 qr şəkər tozu töküb yaxşıca çırpın. Başqa bir qabda yumurta ağını da qalan şəkər tozuyla çırpın. Yaxşıca çırpılmış yumurta ağının yarısını yumurta sarısıyla az-az birləşdirib spatuyla və ya taxta qaşıqla ehtiyyatla qarışdırın. Üzərinə unu da ələyib yaxşıca qarışdırın. Qalan çırpılmış yumurta ağını da əlavə edib qarışdırın. Yağlı kağız sərilmiş soba sinisinə kütləni yayın. Əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə bişirin. Biskviti sobada çox saxladıqda çox quru olacaq və rulet kimi bükdüdə quruyub parçalana bilər. Bişən korju sobadan çıxarıb şəkər kirşanı səpilmiş mətbəx dəsmalıyla rulet formasında bükün.

Kremi hazırlamaq üçün bir qabda kəsmik, xama və şəkər kirşanını eynikütləli cins olanadək blenderlə yaxşıca qarışdırın.
Biskvitli korjun yumşaq olması və ətirli qəhvə dadlı olması üçün bir fincanda qəhvə dəmləyib soyudun.
Soyuyan biskviti qəhvəylə isladıb üzərinə krem yaxın. Üstünü bəzəmək üçün kremdən saxlayın.
Krem yaxılmış ruleti ehtiyyatla bükün. Qalan kremlə ruletin hər tərəfinə krem yaxın. Ruletin üzərini kremlə bəzəyib kakao və kokos səpib bir neçə saatlıq və ya bir gecəlik soyuducuya yerləşdirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.