Category: İçkilər
Yields:
1 Serving
İsti yay günlərində yüngül və ləzzətli içki içmək istəyənlər bu resepti mütləq sınamalıdır. Evdar.az şəkər qəbulundan imtina edənlər üçün şəkərsiz limonad reseptini təqdim edir.
Şəkərsiz Limonadın tərkibi:
- 2 ədəd limon suyu
- 1 çimdik stevia yaprağı
- 1 stəkan (200ml) su
- bol buz
Şəkərsiz Limonadın hazırlanma qaydası:
Stevia yarpağı qan şəkərini artırmayan şəkər dadlı bir bitkidir. Stevia otunu 1/2 stəkan suda qaynadın. 5 dəqiqə dəmləyin və soyumasını gözləyin (limonadınızı daha şirin istəsəniz, steviyanın miqdarını artıra bilərsiniz). Bir stəkana limon suyu, dəmlənmiş stevia otu, su və buz əlavə edib qarışdırın.
Nuş Olsun!