Fast Food Restoranlarındaki Kartofları Unutduracaq Kartof Qızartması

Yields: 1 Serving

Kartof qızartması böyükdən kiçiyə hər kəsin sevdiyi bir yemək növüdür. Fast food restoranlarındakı kartofları unutduracaq ən dadlı və xırçıldayan kartof qızartmasını hazırlamaq istəyirsinizsə Evdar.az-ın təqdim etdiyi resept və məsləhətləri oxumağınız tövsiyyə olunur.

Tərkibi:

  • 3-4 ədəd kartof
  • 1,5 xörək qaşığı un
  • 1 çay qaşığı qarğıdalı nişastası
  • 1 paket qabartma tozu
  • duz
  • qızartmaq üçün maye yağ

Hazırlanma qaydası:

Kartofların qabığını soyub dilimləyin. Daha sonra bol suyun içərisində yuyun. Yuyulan kartofları kağız dəsmalla qurulayıb, üzərinə un, nişasta, duz və qabartma tozu əlavə edib qarışdırın. Bol qızğın yağın içərisinə atıb arabir çevirərək qızardın.

XIRÇILDAYAN KARTOF QIZARTMASI ÜÇÜN 1-Cİ ÜSUL

Kartoflarınızın xırçıltılı olması üçün tətbiq edəcəyiniz birinci üsul kartofları doğradıqdan sonra soyuq suyun içərisində saxlamaqdır. Daha sonra suyun içərisinə iki damcı sirkə tökün. Kartoflar qızardıqda istədiyiniz kimi olduğunu görəcəksiniz.

XIRÇILDAYAN KARTOF QIZARTMASI ÜÇÜN 2-Cİ ÜSUL

Kartofların xırçıldayan olması üçün bir başqa üsulda isə soda və duzu qarışdırın. Bu qarışığın içərisinə kartofları tökün və 30 dəqiqə gözlədin. Daha sonra suyun içərisindən çıxarıb qızardın.

XIRÇILDAYAN KARTOF QIZARTMASI ÜÇÜN 3-CÜ ÜSUL

Kartof qızartdıqda xırçıldayan olması üçün ən asan üsullardan biri də kartofları dondurmaqdır. Kartofları dilimlədikdən sonra dondurucuya yerləşdirin və dondurun. Daha sonra bol yağın içərisində qızardın.

XIRÇILDAYAN KARTOF QIZARTMASI ÜÇÜN 4-CÜ ÜSUL

Kartofları qızardacaqsınızsa yuduqdan sonra mütləq kağız dəsmal köməyi ilə qurulayın.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.