Güclü Sümüklər və Sağlam Dişlər Üçün Kalsium Deposu Küncüt Südü

Guclu Sumukler və Saglam Disler ucun Kalsium Deposu Kuncut Sud21
Yields: 1 Serving

Çox yüksək yağ tərkibi və enerji dəyəri olan küncüt zülal, kalsium, maqnezium, kalium, minerallar və B vitaminləri baxımından zəngin bir bitkidir. Orqanizmə enerji verir, həm də xərçəngdən qoruyur və yaşlanmaya qarşı antioksidant təsir göstərir. Tənəffüs yollarının xəstəliklərinə şəfa verməsi ilə tanınan küncüt sinəni yumşaldır, nəfəs darlığı və bronxit üçün faydalıdır. Bir sözlə, çiy küncüt zəngin vitamin və mineral mənbəyi kimi insan orqanizminə çoxsaylı faydalar verir. Çiy küncüt südü, çiy badam südü kimi inək südü yerinə istehlak edilə bilən son dərəcə sağlam bir alternativdir. Gündə bir böyük stəkan küncüt südü bütün gündəlik kalsium ehtiyacını ödəyir. Kalsium güclü sümüklər və dişlər üçün çox vacibdir. Evdar.az ev şəraitində küncüt südünün hazırlanma qaydasını təqdim edir.

Kalsium Deposu Küncüt Südünün tərkibi:

  • 4 xörək qaşığı çiy küncüt toxumu (36 qr)
  • 500 ml içməli su

Kalsium Deposu Küncüt Südünün hazırlanma qaydası:

İlk öncə küncütü bol su ilə yuyun və 7-8 saat içməli suda saxlayın. Bunu gecədən suda isladıb səhər hazırlaya bilərsiniz. Bu gözləmə müddətindən sonra küncütləri yenidən yuyun və blenderin qabına tökün.Üzərinə su əlavə edib blenderlə rəngi ağarıb süd halına gələnə qədər 3-4 dəqiqə qarışdırın.  Zövqə görə 2-3 dilim ya ədəd mövsüm meyvəsi, çiyələk və ya 1/2 dilim banan əlavə edə bilərsiniz. Hazır küncüt südünü olduğu kimi və ya istəsəniz süzgədən keçirərək süzüb içə bilərsiniz.

Əlavə Qeyd:

  • Hər gün təzə küncüt südü hazırlamaq əvəzinə bir neçə günlük süd hazırlamaq istəyirsinizsə, hazırladığınız küncüt südünü soyuducuda, qapağı bağlı şəkildə, ən çox 2 gün ərzində istehlak ediləcək şəkildə saxlaya bilərsiniz. Bu vəziyyətdə hər gün içməzdən əvvəl şüşəni çalxalamaq  tövsiyə olunur.
  • Küncüt toxumlarının çiy olması, yəni qovrulmaması çox vacibdir. Çünki qovrulmuş küncütdə yüksək hərarət nəticəsində 50 faiz zülal, 85 faiz vitamin və bütün faydalı fermentlər demək olar ki, tamamilə itib gedir. Başqa sözlə, küncüt qovrulan zaman qida dəyərini xeyli itirir.​
  • Sadə küncüt südünün dadını sevməsəniz, üzərinə bir az darçın tozu, kakao və ya keçibuynuzu tozu əlavə edə bilərsiniz. Və ya mövsümi meyvələrdə ləzzətləndirə bilərsiniz
  • Küncüt südünü kokteyllər, qəhvə, peçenye, keks və desertlərdə istifadə edə bilərsiniz.

Nuş Olsun!​

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir