Category: Tortlar
Yields:
1 Serving
Tortlar və pirojnalar üçün zərif və dadlı krem hazırlaya bilərsiniz. Evdar.az hava kimi yüngül kremin reseptini təqdim edir.
Tərkibi:
- 3 ədəd yumurta ağı
- 1 stəkan şəkər tozu
- çimdik limon duzu
- 1 çay qaşığı vanil
Hazırlanma qaydası:
İlk öncə yumurtaların sarısını ağından ayırın. Bir qaba yumurta ağı, limon duzu, şəkər tozu və vanil töküb qarışdırın. Daha sonra su hamamında qarışığı dayanmadan köpüklənənədək qarışdırın.Kremi su hamamından götürüb 5 dəqiqə də mikserlə çalın. Hazır kremi soyuducuya yerləşdirin. Bu yüngül və dadlı kremi bütün şirniyyatların bəzədilməsində istifadə edə bilərsiniz.
Nuş Olsun!
Gözəl görünür etməyə çalışacam. Bir sualım olacaqdı neçə dəqiqə soyuducuda qalmalıdır ?
Tortunuzu bəzəməyə hazırlaşdıqda çıxara bilərsiniz soyuducudan.
Yumurta dadmayacaq?
Yumurta su hamamında qızdığı üçün dadı hiss edilməməlidir.
Su hamami ne demekdi
https://evdar.az/benmari-sokolad-əritmə-usulu/
Buradan daha ətraflı oxuya bilərsiniz.