İmmuniteti Gücləndirən Göbələk Şorbası

Yields: 1 Serving

Süfrəmizdə şorbaların yeri bir başqadır. Ləzzəti və faydasıyla yeməklərimizdə fərq yaradan göbələyin şorbası da ayrı bir ləzzətdir. Göbələk, vitamin və mineral məzmunu baxımından çox zəngin bir qidadır. Göbələkdən hazırlanan şorbanın isə ürək sağlamlığını qorumaqda və immunitet sistemini qüvvətləndirməkdə təsirli bir rolu vardır. Bu ləziz şorbanı həm yazda, həm də qışda hazırlayıb süfrəyə verə bilərsiniz. Evdar.az dadlı və faydalı göbələk şorbasının reseptini təqdim edir.

Tərkibi:

  • 1 ədəd soğan
  • 500 qr göbələk
  • 3 ədəd kartof
  • göyərti (şüyüd, cəfəri, göy soğan)
  • 3 xörək qaşığı kərə yağı
  • 2 xörək qaşığı duru yağ
  • 3 xörək qaşığı un
  • 500 ml toyuq bulyonu
  • 1 litr qaynar su
  • zövqə görə duz, istiot
  • 200 ml süd
  • 1 diş sarımsaq

Hazırlanma qaydası:

İlk öncə soğanı xırda doğrayın. Qabığını soyduğunuz kartofu da kiçik kub formasında doğrayın. Göbələkləri də yarım halqa şəklində doğrayın. Qazana kərə yağını və duru yağı töküb, soğanı yağda qızılı rəng alanadək qovurun. Göbələyi də soğana əlavə edib qarışdırın. Göbələk suyunu saldıqda üzərinə unu əlavə edib tez qarışdırın. Daha sonra üzərinə toyuq bulyonu, su və kartofu əlavə edib bişirin. Şorba qaynamağa başladıqda duz və istiotu tökün. Qazanın qapağını bağlayıb vam odda yarım saat qaynadın. Qaynayan şorbaya süd də əlavə edib 15 dəqiqə daha qaynadın. Ən sonda rəndələnmiş sarımsaq və xırda doğranmış göyərtini əlavə edib qarışdırıb ocaqdan götürün. Hazır şorbanı isti halda süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir