Category: Pəhriz Yeməkləri, Şorbalar, Uşaq Yeməkləri
Yields:
1 Serving
Nahar üçün çox faydalı, dadlı və doyurucu balqabaqlı kök şorbası hazırlaya bilərsiniz. Bu şorbanı acı bibər əlavə etmədən hazırlasanız uşaqlar üçün uyğundur. Evdar.az balqabaqlı, yerkökülü sup-pürenin reseptini təqdim edir.
Ləzzətli Payız Şorbası: Balqabaqlı, Yerkökülü Sup-Pürenin tərkibi:
- 600 qr balqabaq
- 600 qr yerkökü
- 1 çay qaşığı ədviyyat
- 2 xörək qaşığı zeytun yağı
- yarım ədəd çili bibəri (acı sevmirsinizsə çox az əlavə edə bilərsiniz)
- 2 diş sarımsaq
Ləzzətli Payız Şorbası: Balqabaqlı, Yerkökülü Sup-Pürenin hazırlanma qaydası:
İlk öncə qabığı soyulub təmizlənmiş balqabağı və yerkökünü doğrayın. Sarımsağı və çili bibərini də doğrayın. Tavaya zeytun yağı töküb doğranmış balqabaq. yerkökü, sarımsaq və bibəri töküb qızılı rəng alana qədər qızardın. Qovrulan tərəvəzlərin üzərini örtəcək qədər su töküb yumşalana qədər qaynadın. Bişən tərəvəzləri blenderlə püre halına gətirin və ədviyyatla dadlandırın. Sup-püreni süfrəyə verdikdə üzərinə balqabaq toxumu səpə bilərsiniz.
Nuş Olsun!