Ləzzətli Payız Şorbası: Balqabaqlı, Yerkökülü Sup-Püre

Lezzetli Payız sorbası Balqabaqlı-Yerkokulu Sup-Pure3
Yields: 1 Serving

Nahar üçün çox faydalı, dadlı və doyurucu balqabaqlı kök şorbası hazırlaya bilərsiniz. Bu şorbanı acı bibər əlavə etmədən hazırlasanız uşaqlar üçün uyğundur. Evdar.az balqabaqlı, yerkökülü sup-pürenin reseptini təqdim edir.

Ləzzətli Payız Şorbası: Balqabaqlı, Yerkökülü Sup-Pürenin tərkibi:

  • 600 qr balqabaq
  • 600 qr yerkökü
  • 1 çay qaşığı ədviyyat
  • 2 xörək qaşığı zeytun yağı
  • yarım ədəd çili bibəri (acı sevmirsinizsə çox az əlavə edə bilərsiniz)
  • 2 diş sarımsaq

Ləzzətli Payız Şorbası: Balqabaqlı, Yerkökülü Sup-Pürenin hazırlanma qaydası:

İlk öncə qabığı soyulub təmizlənmiş balqabağı və yerkökünü doğrayın. Sarımsağı və çili bibərini də doğrayın. Tavaya zeytun yağı töküb doğranmış balqabaq. yerkökü, sarımsaq və bibəri töküb qızılı rəng alana qədər qızardın. Qovrulan tərəvəzlərin üzərini örtəcək qədər su töküb yumşalana qədər qaynadın. Bişən tərəvəzləri blenderlə püre halına gətirin və ədviyyatla dadlandırın. Sup-püreni süfrəyə verdikdə üzərinə balqabaq toxumu səpə bilərsiniz.

Lezzetli Payız sorbası Balqabaqlı-Yerkokulu Sup-Pure

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir