Möhtəşəm İkili- Makaron Salatı

Yields: 1 Serving

Evimizdə olan məhsullardan asan və doyurucu bir yemək hazırlamaq istəyərdinizmi? Qəlyanaltı menyusuna çox uyğun olan makaron salatı tərəvəz yemək istəməyən uşaqlar üçün də idealdır. Makaronun içərisində gizlənən tərəvəzləri uşaqlar sevərək yeyəcək. Evdar.az rəngli və çox ləzzətli makaron salatının reseptini təqdim edir.

Tərkibi:

  • 1 paket tərəvəzli burğu makaron
  • 1 stəkan konservləşdirilmiş tərəvəz qarışığı
  • 6 ədəd xiyar turşusu
  • 1/4 dəstə şüyüd
  • 1/2 stəkan xama
  • 1 stəkan qatıq
  • 1 xörək qaşığı mayonez
  • 2 xörək qaşığı zeytun yağı
  • 1 çay qaşığı nanə qurusu
  • 1 çay qaşığı duz

Hazırlanma qaydası:

1 paket burğu makaronu duz və zeytun yağı əlavə olunmuş qaynar suda 10- 12 dəqiqə bişirin. Suyunu süzün və soyuması üçün bir kənarda gözlədin.
Salatın sousunu hazırlamaq üçün bir qabda 1 stəkan qatıq, yarım stəkan xama və 1 xörək qaşığı mayonezi qarışdırın.
Qaynadılan makaronu, bir ovuc doğranmış şüyüdü, 6 ədəd doğranmış xiyar turşusunu və 1 stəkan konservləşdirilmiş tərəvəz qarışığını salat kasasına töküb yaxşıca qarışdırın. Zövqə görə 1 çay qaşığı nanə qurusuyla bəzəyə bilərsiniz. Hazır salatı gözlətmədən süfrəyə verin.

Qeyd:  Qaynadılan makaronu yalnız süzün, durulamayın (yaxalamayın, üstündən su gəzdirməyin!). Əks halda ləzzətini itirəcək və sousu ilə uyğunlaşmayacaq.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.