Məxmər Kimi Yumşaq Blinçik

Yields: 1 Serving

Çox vaxt aparmadan zərif və yumşaq blinçik hazırlaya bilərsiniz. Evdar.az məxmər kimi yumşaq blinçikin reseptini təqdim edir.

Tərkibi:

  • 250 ml süd
  • 4 ədəd yumurta
  • 150 qr un
  • 2 xörək qaşığı şəkər tozu (zövqə görə)
  • 2 xörək qaşığı bitki yağı
  • çimdik duz

Hazırlanma qaydası:

Bir qabda yumurta, şəkər tozu və duzu mikserlə, tel çırpıcıyla və ya sadəcə çəngəllə yaxşıca çırpın. Yumurta qarışığına südün yarı hissəsini, hardasa 100-150 ml əlavə edib qarışdırın. Üzərinə ələnmiş unu  da əlavə edib qarışdırmağa davam edin. Qalan südü də töküb topaq qalmayacaq şəkildə qarışdırın. Bitki yağını da xəmirə əlavə edin. Xəmir yağlı qaymaq kimi olacaq. Blinçik tavasını çox az yağlayın və xəmirdən 1 qaşıq tökün. Xəmir dairəvi hərəkətlə nazik bir təbəqə halında tavanın dibini örtməlidir. Blinçiki ikitərəfli bişirin. Xəmir yağlı olduğundan tavanı hər dəfə yağlamağa ehtiyyac yoxdur,lakin xəmir yapışarsa hər dəfəsində tavanı azca yağlaya bilərsiniz. Xəmir qurtaranadək blinçikləri bişirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir