Naxçıvan Mətbəxinin Ləziz Təamı: Heyva Dolması

Yields: 1 Serving

Milli mədəniyyətimizin daşıyıcılarından biri olan Naxçıvan mətbəxi bir-birindən ləziz təamlarla zəngindir. Evdar.az Naxçıvan mətbəxinə məxsus qoyun ətindən heyva dolmasının reseptini təqdim edir.

Tərkibi:

  • 200 qr qoyun əti
  • 1 ədəd soğan
  • 100 qr keşniş
  • duz, istiot
  • sarıçiçək
  • heyva

Hazırlanma qaydası:

İlk öncə heyvanı yaxşıca yuyun. Zövqə görə qabığını soya bilərsiniz. Heyvanın iç hissəsini çıxarın. Əti, soğanı ət maşınından və ya blenderdən keçirin. Və ya mətbəx çəkiciylə döyə bilərsiniz. Bir qabda çəkilmiş qoyun əti, soğanı qarışdırın. Üzərinə xırda doğranmış keşniş, duz, istiot və sarıçiçək töküb yaxşıca qarışdırın. Hazırladığınız içliyi heyvaların içərisinə doldurun . Əvvəlcədən 250 dərəcə qızdırılmış sobada heyva yumşalanadək bişirin.

Nuş Olsun!

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.