Naxçıvan Mətbəxinin Dəstana Çörəyi

Naxcıvan Metbexinin Destana Coreyi
Yields: 1 Serving

Naxçıvan mətbəxində özünəməxsus çörək növü və bişirilmə üsulu mövcuddur. Bu çörəklərin  (çöçə, səngək və s.) dadları da bir-birindən fərqlənir. Bunlardan biri də Naxçıvan mətbəxinin qədim zamanlarda təndirdə , indiki dövrdə isə sobada bişən Dəstana çörəyidir. Evdar.az Dəstana çörəyinin reseptini təqdim edir.

Naxçıvan Mətbəxinin Dəstana Çörəyinin tərkibi:

Xəmiri üçün:

  • 100 qr kərə yağı
  • 2 ədəd yumurta
  • 0,5 stəkan süd
  • 0,5 stəkan su
  • yarım çay qaşığı maya
  • 1 çay qaşığı şəkər tozu
  • çimdik duz
  • apardığı qədər un

Üzəri üçün:

  • 1 ədəd yumurta sarısı
  • zəfəran və ya sarıçiçək

Naxçıvan Mətbəxinin Dəstana Çörəyinin hazırlanma qaydası:

İlk öncə şəkər tozu, maya və ilıq suyu qarışdırıb mayalanması üçün kənara qoyun. Xəmiri yoğuracağınız qaba əridilmiş kərə yağı, ilıq süd, ilıq su, çimdik duz, yumurta və balatanı (opara) əlavə edib qarışdırın. Üzərinə ələnmiş unu apardığı qədər əlavə edib ələ yapışmayan xəmir yoğurun. Xəmirin üzərini örtüb mayalanması üçün 1 saatlıq isti yerdə saxlayın. Mayalanan xəmiri hissələrə bölüb iri kündələr hazırlayın. Kündələri dəzgahın üzərində əllə qalın yayıb üzərinə barmaqla basaraq naxışlar vurun. Bu qaydayla qalan kündələri də yayın. Bir qabda yumurta sarısını çırpın. Üzərinə zəfəranı ovuc arasında əzərək əlavə edib qarışdırın ( və ya sarıçiçək əlavə edə bilərsiniz.) Çörəklərin üzərinə zəfəranlı yumurtanı yaxıb əvvəlcədən 200 dərəcə qızdırılmış sobada bişirin. Bu ləziz çörəklər təndirdə də bişirilir.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir