Ordubad Mətbəxinin Ləziz Təamı – Cirov

Ordubad Metbexinin Leziz Teamı Cirov
Yields: 1 Serving

Ordubad– ləziz mətbəxi, müxtəlif təamları ilə özünə şöhrət qazanan Naxçıvanın səfalı bölgələrindən biridir. Bu bölgənin mətbəx nümunələrindən ballı qayğanaq, maş lobya şorbası, səngək çörəyi, dəstana çörəyi, bozpörtü, qovurma, çöçə, daş küftəsi, heyva dolması kimi məşhur nemətləri süfrələrimizi bəzəyir. Ordubadın dadlı-tamlı təamlarından biri də Cirovdur. Evdar.az Cirov şirniyyatının reseptini təqdim edir.

Ordubad Mətbəxinin Ləziz Təamı- Cirov-un tərkibi:

  • 6 ədəd yumurta
  • 6 xörək qaşığı əridilmiş yağ
  • qaynar su
  • şəkər tozu
  • bal
  • qoz ləpəsi
  • sarıkök, darçın tozu , 3-4 dənə mixək

Ordubad Mətbəxinin Ləziz Təamı- Cirov-un hazırlanma qaydası:

İlk öncə soyuq qazana əridilmiş kərə yağını əlavə edib ocağa qoyun. Əriyən yağın üzərinə yumurtaları sındırıb əlavə edin. Taxta qaşıqla və ya taxta çubuqla yumurtalar parçalanıb xırdalanana qədər qarışdırıb əzin və qızardın. Rəngi qızılı olduqda üzərinə qaynar su tökün. Şəkər tozu, bal, xırdalanmış qoz ləpəsi, zövqə görə darçın tozu, sarıkök və 3-4 dənə mixək əlavə edib qarışdırın. Ədviyyat sevməyənlər əlavə etməyə bilər. Su buxarlanıb yağa düşdükdə (çox duru olmamalıdır!)  ocağın altını söndürün. Hazır deserti yağı və şərbətiylə birlikdə töküb çay süfrəsinə verin.

Nuş Olsun!

Tags

#Cirov resepti  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir