Qara Ciyər Blinçikindən Dadlı Rulet

Yields: 1 Serving

Ənənəvi üsulla hazırlanan blinçiki həm də qara ciyərdən hazırlaya bilərsiniz. Evdar.az qeyri-adi dadı ilə süfrənizi bəzəyəcək qara ciyər blinçikindən ruletin hazırlanma qaydasını təqdim edir.

Tərkibi:

Xəmir üçün:

  • 900 qr qara ciyər
  • 6 ədəd yumurta
  • 0,5 stəkan süd
  • 10 xörək qaşığı un

İçlik üçün:

  • 5 ədəd yumurta
  • 2 ədəd əridilmiş pendir
  • 3-4 xörək qaşığı mayonez
  • duz zövqə görə
  • təzə şüyüd zövqə görə

Hazırlanma qaydası:

İlk öncə yuyulub suyu süzülmüş qara ciyərləri blenderdə əzin.

Üzərinə yumurta, süd, duz və un əlavə edib yenidən blenderlə yaxşıca qarışdırın.

Duru blinçik xəmirindən tavaya töküb 1-2 dəqiqəyə nazik blinçiklər bişirin.

İki tərəfli bişən blinçikləri soyudun.

İçlik üçün yumurtaları suda bişirin və xırda kub şəklində doğrayın. Doğranmış yumurtalara mayonez, əridilmiş pendir, xırda doğranmış şüyüd vurub qarışdırın.

Bişirib soyutduğunuz blinçikə qalın qat içlik yaxın.

Blinçiki rulet şəklində bükün və iki hissəyə bölün.

Eyni şəkildə qalan blinçiklərə içlik yaxın, rulet şəklində bükün və kəsin. Qara ciyər blinçiklərindən hazırlanan ruletləri süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.