Qat-Qat Xəmirdən Hazırlanan Paxlava

Yields: 1 Serving

Paxlavanın hazırlanması üçün birdən çox üsullar var . Azərbaycanda əsasən Novruz Bayramı ərəfələrində hazırlanaraq süfrələrə qoyulan paxlavanı fərqli üsulla hazırlaya bilərsiniz. Evdar.az  qat-qat xəmirdən hazırlanan paxlavanıın reseptini təqdim edir.

Tərkibi:

  • 18 yarpaq qat-qat xəmir
  • 150 qr əridilmiş kərə yağı

İçlik üçün:

  • 2 stəkan qoz ləpəsi
  • 1/2 xörək qaşığı darçın
  • 1 stəkan şəkər kirşanı

Şərbəti üçün:

  • 1 stəkan şəkər tozu
  • 1/4 stəkan bal
  • 1/2 stəkan su

Hazırlanma qaydası:

İlk öncə qoz ləpəsini mətbəx robotuyla xırdalayın. Bir qabda şəkər kirşanı, şəkər tozu, xırdalanmış qoz ləpəsi və darçını yaxşıca qarışdırın.

Kərə yağını əridib ilıdın. Bir lay qat-qat xəmiri dəzgahın üzərinə açın və əridilmiş yağla yağlayın.

Üzərinə ikinci lay xəmiri yerləşdirib yenə yağlayın,3-cü layı da eyni qaydayla yağlayın.  Yağlanmış 3-cü qata 1/3 stəkan hazırldağınız qozlu içliyi töküb yayın. Xəmiri rulet şəklində bükün.

Qalan xəmirləri də bu qaydayla üst-üstə düzüb rulet formasında bükün. Hazırladığınız rulonları (6 ədəd ) yağlanmış soba sinisinə yerləşdirin.

Xəmirlərin üzərini yağlayıb əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin.


Şərbəti hazırlamaq üçün bir qabda su, bal və şəkər tozunu qarışdırıb ocağa qoyun. 10 dəqiqə zəif ocaqda qaynadın. Bişən paxlavanın üzərinə ballı şərbəti tökün və 3 saat kənarda saxlayın.

Hazırladığınız ətirli paxlavanı dilimləyib süfrəyə verə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir