Sobada Mərmər Toyuq Ruleti

Yields: 1 Serving

Toyuq filesindən dadlı və şirəli rulet hazırlaya bilərsiniz. Müxtəlif ədviyyatların əlavə edilməsi sayəsində toyuq ruleti yalnız dadı və ətri ilə deyil, həm də xarici görünüşü ilə sizi sevindirəcək. Toyuq ruletini dilimlədikdə görünüşü mərmərə bənzədiyi üçün adı da buradan götürülüb. Evdar.az dadlı qəlyanaltının reseptini təqdim edir.

Tərkibi:

  • 800 qr toyuq filesi
  • 1 çay qaşığı şirin qırmızı bibər tozu
  • 1 çay qaşığı şüyüd qurusu
  • 1 çay qaşığı duz
  • zövqə görə istiot
  • 3 diş sarımsaq
  • 20 qr jelatin

Hazırlanma qaydası:

İlk öncə toyuq filesini bıçaqla xırda-xırda doğrayın və ya blenderlə xırdalayın.  Bir qabda doğranmış toyuq filesinin üzərinə duz, istiot, şüyüd qurusu, bibər tozu və xırdalanmış sarımsaq əlavə edib qarışdırın. Üzərinə tez həll olunan jelatin də əlavə edib yaxşıca qarışdırın. Hazır kütləni soba paketinə yayıb kolbasa formasında bükün. Soba paketinin kənarlarını möhkəm bağlayın. Folqa kağızına da büküb soba qəlibinə yerləşdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin. Bişən ruleti sobadan çıxarıb otaq temperaturunda soyudun. Daha sonra bir neçə saatlıq soyuducuya yerləşdirin. Soyuducudan çıxartdıqdan sonra soba paketini çıxarıb dilimləyin. Bu zərif, ətirli və dadlı rulet istənilən masa üçün soyuq qəlyanaltı olacaq.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.