Category: Balıq Yeməkləri, Şorbalar, Uşaq Yeməkləri
Yields:
1 Serving
Havaların soyuduğu bu günlərdə nahar və ya şam yeməyində süfrəyə verə biləcəyiniz dadlı və faydalı balıq şorbası hazırlaya bilərsiniz. Bəsləyici qış tərəvəzləri ilə bişən balıq şorbası balıq sevməyən körpələr və uşaqlar üçün əla alternativ ola bilər. Evdar.az dadlı və faydalı balıq şorbasının reseptini təqdim edir.
Soyuq Günlərin İsti və Faydalı Balıq Şorbasının tərkibi:
- 1 ədəd ləvrək balığı
- 1/4 stəkan un
- yarım limon
- yarım çay qaşığı duz
- 1 ədəd soğan
- 1 ədəd yerkökü
- 1 ədəd kartof
- 2 diş sarımsaq
- yarım çay qaşığı dənə istiot
- 1,5 litr su
- 1 ədəd dəfnə yarpağı
Soyuq Günlərin İsti və Faydalı Balıq Şorbasının hazırlanma qaydası:
Bir qazanda suyu qaynadın. Qazana təmizlənmiş və yuyulmuş balıq, dəfnə yarpağı, dənə istiot və soğanı əlavə edib 20 dəqiqə qaynadın. Qaynadılmış soğanı və balığı kəfgirlə qazandan götürün və balığın suyunu başqa bir qaba süzün. Qaynadılmış balığın sümüklərini və dərisini təmizləyin və ətini didin. Balıq bulyonunu qazana süzüb yenidən qaynadın. Kiçik doğranmış yerkökü və kartofu da qazana əlavə edib 20 dəqiqə qaynadın. Şorbadan bir stəkan su götürüb unla qarışdırın və yavaş-yavaş yenidən qazana əlavə edin. Daha sonra şorbaya duz, istiot və yarım limon suyunu əlavə edib 5 dəqiqə daha qaynadın. Hazır şorbanı isti halda süfrəyə verin.
Nuş Olsun!